Icma.az
close
up
RU
Rusiya mediası Mehdiyevə niyə tərif yağdırır?

Rusiya mediası Mehdiyevə niyə tərif yağdırır?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində cinayət işi başlanıb. 87 yaşlı Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsinin qərarı ilə o, 4 aylıq ev dustaqlığına məhkum edilib.

Modern.az-ın məlumatına görə, hadisə Rusiya mediasında da geniş rezonans doğurub. 

Bu ölkənin nüfuzlu nəşrləri hadisəyə ehtiyatla yanaşıb və Mehdiyevə tərif dolu sözlər yağdırıblar.

“Kommersant” qəzetində erməni jurnalist Lusine Balasyanın imzası ilə dərc edilən məqalədə Mehdiyev “Bakının boz kardinalı” adlandırılır.

Qəzet onu uzun illər Azərbaycan siyasətində mühüm rol oynamış, dövlət ideologiyasının formalaşmasında iştirak etmiş "nüfuzlu siyasi fiqur" kimi təqdim edib.

“Kommersant” yazır ki, Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri “dövlətə xəyanət” maddəsidir və bu, “Rusiya xeyrinə fəaliyyət” kontekstində izah olunur.

Rusiya mediasının bir hissəsi bu hadisəni Bakı ilə Moskva arasında münasibətlərdəki gərginliyin təzahürü kimi qiymətləndirir. 

Bu məqalələrdə açıq-aşkar Mehdiyev ittiham olunan şəxs yox, "sabiq nüfuzlu dövlət xadimi" kimi göstərilir. 

Ehtimal ki, bu yanaşmanın səbəbi ilk növbədə Rusiya mediasının öz maraqlarından qaynaqlanır. Moskva mətbuatı Mehdiyevi açıq şəkildə müdafiə etməsə də, onun haqqında yumşaq və "hörmət dolu" danışır.

Belə bir yanaşma ilə Rusiya KİV-ləri “Rusiya izi” ittihamlarını yumşaltmaq istəyir. Əgər Mehdiyev “xəyanət” ittihamında günahkar kimi qələmə verilsə, bu  hadisə Kremlin imicinə zərbə kimi görünə bilər. Ona görə də rus jurnalistlər hadisəni “siyasi balans oyunu”, “köhnə elitanın kənarlaşdırılması” kimi yozur və beləliklə, məsuliyyəti öz ölkələrindən uzaqlaşdırmağa çalışırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:544
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri