Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Rusiya Mehdiyevi niyə satdı? ŞƏRH

Rusiya Mehdiyevi niyə satdı? ŞƏRH

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.

Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.

Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

Rusiya Mehdiyevi niyə ələ verib?

Mövzunu şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl Modern.az-a bildirib ki, Rusiya Mehdiyevin simasında heç bir prespektiv görmədiyindən onu ifşa edib:

“87 yaşlı adam nə edə biləcək ki?! Rusiya hər zaman kimliyindən asılı olmayaraq, şəxsin kim və nə dərəcədə prespektivli olmasını, xalq tərəfindən bir damcı da olsa sevilib-sevilməməsini nəzərə alır. Eləcə də burada əsas nüanslardan biri onun təşkilatlanmış hər hansı siyasi qüvvəsinin olub-olmamasıdır. Bunların heç biri Ramiz Mehdiyevdə olmadığından Rusiya kifayət qədər yaşlı olan akademikin prespektivsizliyini nəzərə alıb. Hətta Mehdiyevin Rusiyanı bezdirdiyi də deyilir”.

İ.İsmayıl deyib ki, Ramiz Mehdiyev məhz Azərbaycan-Rusiya münasibətləri gərginləşəndən sonra əl-ayağa düşüb:

“Hakimiyyət çevrilişini detallı və planlı şəkildə hazırlamaq iştahına Ramiz Mehdiyev 9 ay ərzində Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda düşüb. Rusiya da bunu müəyyən dərəcədə qəbul edib. Amma çox da analiz etmədən görürlər ki, bununla əməkdaşlıq mənasızdır və bunun heç bir əsası yoxdur. 
Ramiz Mehdiyev xalq arasında heç bir hörməti olmayan şəxsdir. Onun güc strukturları arasında tək-tük adamları  ola bilər. Amma güc strukturları ümumilikdə cənab Prezidentə sadiqdirlər.
Yenə deyirəm Mehdiyevin təşkilatlanmış siyasi qüvvəsi yoxdur. Rusiya Ermənistanda niyə güclüdür? Çünki oradakı bütün müxalif siyasi qüvvələr Rusiyayönümlüdür. Bizdə təşkilatlanmış elə siyasi müxalif qüvvə yoxdur ki, Rusiyayönümlü olsun. Məhz bu səbəbdən Rusiya tərəfdən bu məsələ prespektivsiz, hətta ümidsiz bir variant kimi qiymətləndirilib. Bu məsələnin açılmasında Rusiyanın rolu varsa, mən deyərdim ki, o da çox təbii qarşılanmalıdır. Rusiya münasibətləri düzəltmək üçün bu addımı ata bilər. 1994-cü ildə Sürət Hüseynovun yarımçıq üsyanından, yaxud mart hadisələrindən sonra kimlərinsə qaçıb Rusiyaya sığındığı məlum idi. Rusiya onları öz maraqları naminə bircə-bircə Azərbaycana verdi. Separatçıların liderləri vardı. Cənub zonasından olan həmin separatçılara Rusiya təlim keçir, onları bəsləyirdi. Amma an gəldi, Rusiya öz maraqları naminə onları Azərbaycana təhvil verdi. Ramiz Mehdiyev kimi hər halda böyük təcrübəsi olan adam gərək bunu hesablaya və biləydi ki, Rusiya öz prespektiv maraqları naminə onun da kürəyini mütləq yerə qoyacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri