Erməni Rusiya mediasında Mehdiyevi belə müdafiə etdi Foto
Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiya mediası Ramiz Mehdiyevin həbsi ilə bağlı müxtəlif versiyalardan çıxış edir: əsas ortaq nöqtə isə baş verənlərin Mehdiyevin müdafiəsi fonunda təqdim olunması və onun Moskva ilə əlaqələrinə görə həbs edildiyi fikirləridir. Bu kontekstdə “Kommersant” nəşrinin “Bakının boz kardinalı həbs edilib” sərlövhəli məqaləsi xüsusilə diqqət çəkir.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, nəşrin məqaləsi səslənən fikirlərdən öncə müəllifinə görə maraqlıdır.
Məqaləni qələmə alan müəllif erməni əsilli jurnalist Lusine Balasyandır. Mehdiyevi Azərbaycanın görkəmli siyasi xadimi kimi təqdim edən Balasyan onun karyerası və elmi fəaliyyətindən bəhs edir. Qeyd edir ki, “Mehdiyevə qarşı irəli sürülən dövlətə xəyanət və hakimyyəti ələ keçirmə cəhdi ilə bağlı ittihamın əsası bəlli deyil”.
Müəllif Azərbaycan mediasında yayılan məlumatları əsas götürərək, qeyd edir ki, “Mehdiyev Moskvanın maraqlarına xidmət etməkdə şübhəli bilinir”.
Məqalədə Mehdiyevin Azərbaycanın mövcud hakimiyyətinin qurulmasında “böyük xidmət”ləri olduğu iddia edilir. Həmçinin vurğulanır ki, Mehdiyevin Rusiyaya işldədiyi ittihamı əsassızdır.
“Mehdiyevin Rusiyaya işlədiyi ittihamı Bakının Moskvaya qarşı narazılığının hələ də qaldığını göstərir. Lakin onun Moskvaya işlədiyini təsəvvür etmək çətindir. Çünki Mehdiyev administrasiyanın rəhbəri olduğu dövrdə Rusiya ilə bağlı bir dənə də olsun böyük layihə həyata keçirilməyib”, - məqalədə qeyd olunur.
Göründüyü kimi, Rusiya mediası Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlarla bağlı ictimai rəyi manipulyasiya etməyə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















