Icma.az
close
up
RU
Medvedevlə Mehdiyevi nə birləşdirir?

Medvedevlə Mehdiyevi nə birləşdirir?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Prezident Administrasiyasının sabiq rəhbəri, iki gün əvvəl Təhlükəsizlik Şurasının üzvlüyündən xaric edilən Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işindən sonra onun vəzifəyə gətirdiyi və ya himayəsindəki kadrlar haqda ən müxtəlif iddialar səslındirilir, adlar çəkilir.
Bizim.Media  xəbər verir ki, bu ərəfədə Rusiyanın müxalif mediası “Novaya qazeta” sabiq prezident, Təhlükəsizlik Şurası sədrinin indiki müavini Dmitri Medvedevin vəzifədə olan kadrları haqda ilginc araşdırma dərc edib.
Bəziləri Qərbi tez-tez nüvə silahı ilə təhdid etdiyinə görə “alqolok”, ABŞ prezidenti Donald Trampın isə “o qədər də yaxşı adam hesab etmədiyi” Medvedev reallıqda Rusiya hakimiyyətində yenə də söz sahibi olaraq qalır.
 

Məlumdur ki, leninqradlı Medvedev də indiki prezident Putin kimi Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. “Novaya qazeta”nın araşdırmasına görə Medvedevin təkcə qrup yoldaşları deyil, bəzilərinin arvadları və uşaqları belə hökumətdə yeni vəzifələr tutmaqda, biznesdə önəmli fiqurlar olmaqda davam edirlər.


Buna son nümunə isə 20 gün əvvəl Rusiyanın baş prokuroru təyin edilmiş Aleksandr Qutsandır.
Aleksandr Qutsan Medvedevin qrup yoldaşı, komsomol təşkilat katibi olub.
Hüquq fakültəsinə daxil olanda Qutsan əksər qrup yoldaşlarından beş yaş böyük idi, artıq işləmiş və hərbi xidmətini başa vurmuşdu.
Baş Prokurorluqda Qutsanın müavini də Medvedevin qrup yoldaşı olmuş Vinniçenkodur, o uzun müddətdir ki, bu vəzifəni tutur.
Medvedev daha bir qrup yoldaşı Yelena Leonenkonu şəxsən özü hələ prezident olanda İstintaq Komitəsinin sədr müavini təyin edib, hələ də o işinin başındadır. O həm də Rusiyada general-polkovnik rütbəsinə layiq görülən ilk qadındır.
Medvedevin qrup yoldaşlarında Vitali Şevçuk Leninqrad Vilayət Məhkəməsinə rəhbərlik edib.
Anton İvanov heç bir məhkəmə təcrübəsi olmadan Rusiya Ali Arbitraj Məhkəməsinə uzun illər sədrlik etməsini məhz Medvedevlə birgə təhsil almasına borcludur.
 

Rusiyanın indiki ədliyyə naziri Konstantin Çuyçenkonun da Medvedevin “odnajursniki” olduğunu bilməyən yoxdur. Çuyçenko Medvedev prezident olanda onun köməkçisi, baş nazir olanda isə müavini vəzifələrində çalışıb. Onlar həm də universitetdə dost olublar.


Kareliyaya rəhbərlik edən qubernator Pavlençeko da, bölgənin daxili işlər naziri Dmitri Sergeyev də Leninqrad Universitetinin məzunlarıdır.
Tatyana Gerasimova da Medvedevin qrup yoldaşı olaraq vəzifə karyerasında yüksəlib. O da uzun müddətdir Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisinin birinci müavini işləyib.
 

Medvedev prezident olanda himayə etdiyi qrup yoldaşlarından biri də Valeri Kojokar olub. O da Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Baş İdarəsinin rəisi vəzifəsinə yüksəlib.


Kojokar hazırda Daxili İşlər Nazirliyinin Ümumrusiya Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edir.
Nəşr qeyd edir ki, Medvedevlə birgə təhsil alanların bəziləri Rusiyanın nəhəng şirkətlərinə də yerləşiblər. (Musavat.com)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Oktyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri