Rusiya millisi ilə Avropa çempionu olan futbolçu Azərbaycan vətəndaşlığı aldı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sabah" klubunun yarımmüdafiəçisi Ayaz Quliyev idman vətəndaşlığını dəyişib.
Oxu.Az "Matç TV" kanalına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun Azərbaycan vətəndaşlığı aldığı və ölkəmizin milli komandasında oynamaq hüququ qazandığı bildirilib.
"Quliyev idman vətəndaşlığını Rusiyadan Azərbaycana dəyişib. Bununla da o, Azərbaycan millisində oynamaq hüququ əldə edib", - deyə mənbə "Matç TV"yə bildirib.
Qeyd edək ki, 28 yaşlı Quliyev Moskva "Spartak"ının yetirməsidir və U-19 millisi ilə Rusiya yığmasının heyətində Avropa çempionu olub. O, həmçinin Rusiya U-21 millisinin də oyunçusu olub. AFFA bir neçə dəfə Quliyevə Azərbaycanın əsas millisində oynamaq təklifi etsə də, o bunu qəbul etməyib.
Xatırladaq ki, Ayaz Quliyev 2023-cü ilin yayından "Sabah"da oynayır.
Baxış sayı:118
Bu xəbər 04 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















