Icma.az
close
up
RU
Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi Naxçıvanla bağlı inanılmaz PLAN

Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi Naxçıvanla bağlı inanılmaz PLAN

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İyulun 23-də İspaniya mətbuatının Zəngəzur dəhlizi ilə bağlı yayımladığı məqalə xüsusilə Cənubi Qafqazda maraqlı aktorlar arasında ciddi rezonans doğurdu. Məqalədə Ermənistanın ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət təklifini qəbul etdiyi, gizli memorandumun imzalandığı, bu ölkənin ərazisində amerikalı hərbçilərin yerləşdiriləcəyi qeyd edilir. O cümlədən, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Zəngəzurdan keçəcək yolun “Tramp körpüsü” adlandırılacağı iddia olundu.

Ermənistanın baş nazir administrasiyası məsələyə münasibət bildirərək məlumatı “saxta” adlandırsa da, iddialar ölkə gündəmini zəbt etdi. Həmçinin Rusiya da Xarici İşlər Nazirliyi səviyyəsində mövzunu şərh etdi, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı yeni həll təklif etməsinin mümkünsüz olduğu vurğulandı. Kreml isə bu məsələnin Bakı və İrəvanın sureven işi olduğunu bildirdi.

İspaniya nəşrinin iddiaları nə dərəcədə həqiqətə uyğundur? Belə bir ssenari reallaşa bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Zəngəzur dəhlizi məsələsinin artıq dünyanın bir sıra böyük dövlətlərinin diqqət mərkəzində olması əhəmiyyətli irəliləyişdir:

“Əvvəllər bu barədə dövlətlər belə intensiv və dinamik fikir bildirmirdilər. İndi isə təkcə münasibət bildirmir, həm də konkret təkliflərlə çıxış edirlər. Bu da onu göstərir ki, artıq dəhlizin açılmasına həm nəzəri, həm siyasi, həm də geosiyasi baxımdan inanır və onun zəruriliyini qəbul edirlər.

Bu prosesdə başlıca rol oynayan əsas qüvvə Azərbaycandır. Rəsmi Bakının həyata keçirdiyi xarici siyasət və diplomatiya, eləcə də incə taktiki gedişlər nəticəsində Zəngəzur dəhlizi əvvəlcə regional, sonra isə qlobal səviyyədə geosiyasi və geoiqtisadi dinamika ilə gündəmə gəldi. Azərbaycanın reallaşdırdığı layihələr və bunun doğurduğu tələblər əsasında sübut olundu ki, “Orta Dəhliz” adlanan böyük qlobal logistika layihəsinin həyata keçirilməsi üçün Zəngəzur dəhlizinin açılması vacibdir. Bu dəhliz həm təhlükəsizlik, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.


Füzuli Qurbanov

Hazırda ABŞ həmin layihədə nəzarətçi rolunu oynamaq istəyir, Rusiya da prosesdən kənarda qalmamağa çalışır. İranın mövqeyində isə müəyyən yumşalma müşahidə olunur.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda açıq şəkildə bildirdi ki, Azərbaycan Zəngəzur dəhlizini heç bir halda bazarlıq predmeti kimi görmür. Hər hansı üçüncü dövlətin və ya başqa bir tərəfin dəhlizə nəzarət etməsi qəbulolunmazdır. Zəngəzur dəhlizi tam sərbəst və azad keçidlər üçün nəzərdə tutulmuş bir məkan olmalıdır. Yalnız bu şərtlər daxilində Azərbaycan dəhlizin açılmasını uğurlu hesab edə bilər”.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayevin fikrincə, ABŞ ordusunun bölgəyə gəlmək niyyəti artıq açıq şəkildə hiss olunur:

“ABŞ-ın Ermənistan ərazisində, məhdud sayda olsa da, artıq hərbi qüvvəsi mövcuddur. Rəsmi Vaşinqton bu prosesi davam etdirməyə çalışacaq. Mövcud gedişat Rusiyanın bölgədən sıxışdırılması ilə paralel aparılır. Artıq Moskvanın regionda nüfuzu zəifləyir, təsir imkanları isə gözlə görünəcək dərəcədə azalır. Belə bir şəraitdə ABŞ-ın alternativ güc mərkəzi kimi bölgəyə yaxınlaşması prosesləri daha da sürətləndirir.


Əli Mustafayev

Baxmayaraq ki, Ermənistanda hələ də müəyyən səviyyədə Rusiya, İran, Fransa, eləcə də Türkiyə və Azərbaycanın təsir imkanları qalır, bu, o demək deyil ki, rəsmi İrəvan tamamilə ABŞ-ın nəzarəti altına düşəcək. Beləliklə, Prezident Donald Tramp mövcud situasiyadan istifadə edərək Ermənistanda daha təsirli və söz sahibi olmağa çalışır.

“Tramp körpüsü” istiqamətində də müəyyən razılaşmaların olduğu ehtimal edilir. Ümumilikdə, İran və Rusiya ilə müqayisədə ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsi regionda olan bütün tərəflər üçün daha az riskli və əlverişli tərəfdaşlıq variantı kimi qiymətləndirilə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 İyul 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri