Icma.az
close
up
RU
Rusiya NATO nu təxribata çəkir: Meydan oxuma, yoxsa özünüxilas əməliyyatı?

Rusiya NATO nu təxribata çəkir: Meydan oxuma, yoxsa özünüxilas əməliyyatı?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq bir neçə aydır ki, Rusiya qonşu dövlətlərin sərhədlərini açıq şəkildə pozmaqda davam edir. Finlandiya və Polşanın ardınca Rusiyanın Estoniyanın hava məkanını pozması, rus MİQ-lərinin Tallinə qədər gəlib çıxması Kremlin NATO-nu məqsədli şəkildə təxribata çəkdiyini göstərir.

Maraqlıdır, Ukraynada 4 ildir ki, ilişib qalan, yüz minlərlə itki verən, bütün iqtisadiyyat və maliyyə ehtiyatını qələbəyə sərf etsə də hələ də mövqe döyüşləri aparan Rusiya həqiqətənmi NATO ilə hərbi qarşıdurmaya hazırdır? Hazır deyilsə, o zaman Rusiyanın NATO-nu təxribata çəkməkdə, onu güc tətbiq etməyə məcbur etməkdə məqsədi nədir?

Rusiyanın NATO dövlətlərinin hava sərhəddini pozması Kremlin bu ölkələrə psixoloji təzyiqi kimi qiymətləndirilə bilər. Çox güman ki, Kreml bununla Qərbi onların düşündüyündən daha böyük hərbi potensiala malik olduğu, lazım gələrsə, NATO ilə belə toqquşmağa hazır olduğu yalanına inandırmağa çalışır. Halbuki, uzun, üzücü və qüvvətükədən müharibənin Rusiyanın hərbi və iqtisadi gücünə ağır zərbə vurduğu, onu sözün həqiqi mənasında yarımcan vəziyyətə saldığı birmənalıdır. Kreml üçün işin ən çətin tərəfi isə özünün başlatdığı bu müharibəni dayandıra bilməməsidir.

Müharibənin dayanması üçün Rusiya işğal etdiyi Ukrayna torpaqlarından çıxmalıdır ki, bu da xalqı Kremlə qarşı açıq etirazlara təşviq edə bilər. Xalq hökumətdən soruşa bilər ki, madam ki, Rusiya bunca itkilər fonunda heç bir qazanc əldə etmədi, o zaman bu qədər insan itkisinə yol vermək, insanları əzaba, məşəqqətli həyata məhkum etmək nəyə lazım idi?

Məhz bu səbəbdən də NATO-nun açıq şəkildə Rusiya ilə hərbi qarşıdurmaya getməsi Kremli müəyyən mənada xilas edə bilər. Belə bir qarşıdurma baş verərsə, o zaman Kreml və rus mətbuatı elan edəcək ki, Rusiya yalnız Ukrayna ilə deyil, bütün NATO ilə döyüşür. Belə olan halda isə Rusiyanın istənilən itkisini, hətta açıq məğlubiyyətini belə əsaslandırmaq daha asan olacaq. Bu cür itki və məğlubiyyətə görə Rusiya daxilində heç kim Kremli qınamayacaq.

Bundan başqa, NATO-nun müharibəyə qoşulması Rusiyanı nüvə təhdidini daha sərt şəkildə gündəmə gətirməyə, hətta taktiki nüvə silahından belə istifadə etməyə imkan yarada bilər. Bunun özü də Kreml üçün Ukraynadakı müahribəni dayandırmaq, bu müharibədən ərazi qazancı ilə çıxmağa kömək edə bilər. Ən pis halda Kreml öz xalqına göstərə bilər ki, o, Rusiyanın maraqlarını nüvə qarşıdurması səviyyəsində belə qoruyub saxlamağı bacardı və məhz belə bir qarşıdurmadan yayınmaq üçün müharibəni dayandırmağa razılıq verdi.

Bir sözlə, Rusiyanın NATO-nu təxribata çəkməsi Kreml üçün gerçək meydan oxumadan daha çox, özünüxilas əməliyyatına oxşayır. Bu əməliyyatın nə dərəcədə uğurlu və ya uğursuz alınacağını isə zaman göstərəcək.

S.Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Sentyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri