Rusiya Nikoldan tələb edir ki, ona vəzifə versin
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyandan iqtisadiyyat və xarici siyasət sahələrində bir sıra qərara yenidən baxmağı tələb edib.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” mənbələrə istinadla məlumat yayıb.
“Moskva Rusiya Dəmir Yolları və “Qazprom”un maraqları da daxil olmaqla, Rusiya kapitalına qarşı yönəlmiş addımlardan imtina edilməsində israr edir. Rusiya Ermənistandakı 102-ci hərbi bazasının fəaliyyətinə toxunmamağı, AB ilə yaxınlaşma kursuna yenidən baxmağı və rusiyayönlü siyasətçilərin təqibinə son qoymağı tələb edir. Digər bir tələb Moskva üçün məqbul olan şəxsin baş nazirin müavini vəzifəsinə təyin edilməsidir”, - məlumatda deyilib.
Nəşr Paşinyanın “Rosatom” və Rusiya Dəmir Yollarının rəhbərliyi ilə son təmaslarını İrəvanın Moskva qarşısında güzəştlərə getməyə hazır olduğunun mümkün əlamətləri kimi qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Oktyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















