Icma.az
close
up
RU
Rusiya ölən koreyalı hərbçilərə abidə ucaldacaq Şimali Koreya məxfi müqavilənin detallarını açıqladı

Rusiya ölən koreyalı hərbçilərə abidə ucaldacaq Şimali Koreya məxfi müqavilənin detallarını açıqladı

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimali Koreya (KXDR) ilk dəfə rəsmi olaraq hərbçilərinin Ukraynaya qarşı Rusiya tərəfində döyüşdüyünü təsdiqləyib.

“AzPolitika” xəbər verir ki, məlumatı əvvəlcə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov açıqlayıb. O, Kurk vilayətində şimali koreyalı hərbçilərin iştirak etdiyini bildirib.

KXDR-in dövlət agentliyi (CTAC) xəbər verir ki, lider Kim Çen In Rusiyanı rəsmi şəkildə məlumatlandırıb. Onun sözlərinə görə, Şimali Koreya ilə Rusiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin 4-cü maddəsinə əsasən - təcavüz halında qarşılıqlı hərbi yardım öhdəliyi nəzərdə tutulur  - Pxenyan vəziyyəti uyğun hesab edərək hərbçilərini Rusiyaya göndərib.

Məlumatda qeyd olunur ki, Kurk vilayətində keçirilən "xilasedici əməliyyat" uğurla başa çatıb. Pxenyanda şimali koreyalı hərbçilərin qəhrəmanlığına həsr olunmuş abidə ucaldılacaq, həlak olanların məzarlarına isə vətən və xalq adından gül dəstələri qoyulacaq. Lakin hərbçi itkilərinin dəqiq sayı açıqlanmayıb.

Şənbə günü Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə Kurk vilayətindəki vəziyyət barədə hesabat verib və koreyalı hərbçilərin bölgənin azad olunmasında mühüm rol oynadığını vurğulayıb.

Bu, KXDR ordusunun Rusiyada iştirakı barədə ilk rəsmi təsdiqdir. Xatırladaq ki, ötən ilin payızından bəri Cənubi Koreya, ABŞ və Ukrayna bu barədə açıqlamalar versə də, nə Moskva, nə də Pxenyan iddiaları təsdiqləmişdi.

Bazar ertəsi Vladimir Putin də KXDR hərbçilərinə təşəkkür edib. Kremlin yaydığı açıqlamada qeyd olunub: "Koreyalı döyüşçülərin qəhrəmanlığına, yüksək hazırlıq səviyyəsinə və fədakarlıqlarına böyük qiymət veririk. Onlar rus əsgərləri ilə çiyin-çiyinə dayanaraq Vətənimizi qorudular." Putin əlavə edib ki, koreyalı döyüşçülərin xatirəsi Rusiyada daimi yad ediləcək.

Şimali Koreya ilə Rusiya arasında qarşılıqlı hərbi yardım sazişi ötən ilin iyun ayında, Putinin Pxenyana səfəri zamanı imzalanmışdı. Avqustda isə Ukrayna ordusu Kurk vilayətində əməliyyatlara başlayaraq bir sıra əraziləri ələ keçirmişdi. Oktyabrda Rusiya KXDR ilə müqavilənin ratifikasiyasını elan etdi, bundan az sonra koreyalı hərbçilərin iştirakı barədə xəbərlər yayıldı.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Rusiyada yerləşdirilən şimali koreyalı hərbçilərin sayı 10 mini keçib və onların ağır itkilər verdiyi iddia olunur. Lakin bu barədə nə Moskva, nə də Pxenyan rəsmi açıqlama verib.

Yanvar ayında Ukrayna qüvvələri iki şimali koreyalı hərbçini əsir götürərək onların KXDR ordusuna aid olduqlarını təsdiqləyib.

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Aprel 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see303

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see238

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see191

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see160

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see148

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see139

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see139

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see137

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see134

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri