Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Qəhvə iç və daha uzun yaşa...

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Nazir sammitdə təhsildən danışdı

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Rusiya ölkəmizə qarşı informasiya hücumları hazırlayır Azərbaycan nə etməlidir?

Rusiya ölkəmizə qarşı informasiya hücumları hazırlayır Azərbaycan nə etməlidir?

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rusiyanın Azərbaycana qarşı təhdidlərinin artmasından dolayı yaranan gərginlik təkcə siyasi, iqtisadi və diplomatik sahədə yox, rəqəmsal müstəvidə də ciddi risklər yarada bilər".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib.

O bildirib ki, bu, daha çox özünü Azərbaycan internetinin dayanıqlığında göstərəcək:

"Azərbaycanın magistral internet bağlantıları əsasən Türkiyə -Gürcüstan, Avropa -Gürcüstan, Rusiya və İran üzərindən ölkəyə daxil olur. Yəni Azərbaycan interneti bu magistrallar üzərində "oturub". Ölkəyə daxil olan trafikin yarıdan çoxu isə hələ də Rusiya üzərindəndir.  Yəni ən böyük trafik asılılığı Rusiya istiqamətindədir.

Fikrimcə, son zamanlar baş verənlər göstərir ki, Azərbaycan interneti və ümumiyyətlə informasiya məkanımızla bağlı Rusiya və İran tərəfdən təhdidlər və risklər xeyli güclənəcək. Rusiya Azərbaycan internetinə müdaxilələr edə bilər, fiziki olaraq magistral optik xətlər sıradan çıxarıla bilər, həmçinin də filtrasiya və bloklanma kimi trafikə süni məhdudiyyətlər tətbiq edə bilər. Belə risklər qaçılmazdır.

Düşünürəm ki, bu riskləri azaltmaq və onlardan yayınmaq üçün İnternet marşrutlarının diversifikasiyasını sürətləndirmək lazımdır. Azərbaycan üçün ən etibarlı ola biləcək Türkiyə və Gürcüstan üzərindən trafik daha da artırılmalıdır. Qara Dənizin dibi ilə trafik gətirən fiber-optik xəttə sahibliklə bağlı  "AzerTelecom" şirkətinin  Caucasus Online ilə anlaşmasına Gürcüstan hökuməti tərəfindən qoyulan bloklanmanı aradan qaldırmaq üçün Azərbaycan hökuməti səylərini gücləndiriməlidir.

Az domeni ilə bağlı problemi İKTA hələ də həll edə bilməyib. DNS xidmətləri ölkə daxilində yerləşdirilməlidir.
DTX Az domeni ilə bağlı infrastrukturu kritik elan etməlidir. Amma görünən odur ki, hələlik bu istiqamətdə heç bir dəyişiklik müşahidə olunmur. Düşünürəm ki, indiki anda  kritik  dövlət və özəl sektor üçün,  vacib olan media saytları üçün ehtiyat internet bağlantılar yaradılmalıdır.

Bu tip qurumların internet bağlantıları mütləq olaraq hər üç magistral  provayder üzərindən olmalıdır.
Magistral operatorlarımız - AzerTelecom, Delta Telecom və Aztelekom Azərbaycan internetinin dayanıqlığı və informasiya sahəsində  milli təhlükəsizliyimiz üçün daha çevik, əlaqələndirilmiş formada və ehtiyatlı davranmalıdırlar".

Mütəxəssis əlavə edib ki, trafik marşrutlarının diversifikasiyası, kritik infrastrukturun daxili ehtiyatlarla təmin edilməsi və xarici təsirlərə qarşı monitorinq sistemlərinin gücləndirilməsi bu mərhələdə ən vacib addımlardır. 
Ümumiyyətlə, dünyada və regionda gedən proseslər göstərir ki, ölkədə milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunması daha məqsədəuyğun olardı.

Aysel Əkbər
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see241

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see238

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see227

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see222

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see176

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see150

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see149

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see138

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see136

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see135

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see133

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see128

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see125

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see124

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see123

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see122

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see122

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see122

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see121

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri