Rusiya ombudsmanı: “Yekaterinburqdakı vəziyyəti nəzarətdə saxlayıram”
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İyunun 27-də Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin saxlanması, ölməsi və onlara xəsarət yetirilməsi hallarının aydınlaşdırılması ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva mənimlə əlaqə saxlayıb”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Ombudsmanı Tatyana Moskalkova sosial şəbəkələrdə yazıb.
“Mən həbsin qanuniliyini və əsaslılığını, cinayət törətməkdə şübhəli bilinən şəxslərin və cinayət işi üzrə zərərçəkmişlərin hüquqlarına riayət olunmasını yoxlamaq üçün vəsatətlə Rusiya Federasiyasının Baş Prokurorluğu ilə əlaqə saxladım.
Vəziyyəti nəzarətdə saxlayıram, Sverdlovsk vilayəti üzrə İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Merzlyakova ilə daimi əlaqə saxlayıram, o da öz növbəsində Yekaterinburqdakı hüquqşünaslar və Azərbaycan diasporunun nümayəndələri ilə sıx əlaqə saxlayır”, - o qeyd edib.
Xəzər
“Cebheinfo.az”


