Rusiya ordusu Zaporojyeni bombalayıb
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zaporojye şəhərinə Rusiyanın idarəolunan aviasiya bombaları ilə hücumu nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda“ Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Mixailo Semikinə istinadən məlumat yayıb.
Semkin bildirib ki, səhər saatlarında şəhərə altı idarəolunan aviasiya bombası atılıb. Yaralananlar arasında 14 yaşlı yeniyetmə də var.
Onun sözlərinə görə, zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. İki qadın və bir kişi orta ağır vəziyyətdə həkim nəzarətində qalır.
Hücum nəticəsində bir çoxmərtəbəli yaşayış binası qismən dağılıb, daha 20 binaya ziyan dəyib. Şəhərin Uşaq və Gənclər Yaradıcılıq Sarayı da zərər görüb.
Bundan əlavə, FPV-dronun marşrut taksisinə hücumu nəticəsində daha üç nəfər yaralanıb.
Baxış sayı:175
Bu xəbər 09 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















