Icma.az
close
up
RU
Rusiya ordusunda dəhşət: hərbçilər kannibalizmə əl atıblar

Rusiya ordusunda dəhşət: hərbçilər kannibalizmə əl atıblar

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın işğalında iştirak edən bir neçə rus hərbçisi qida çatışmazlığı səbəbindən kannibalizmə əl atıb.
Modern.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti Ukrayna hərbi kəşfiyyatının materiallarına, o cümlədən təxminən on iki rus zabitinin fotoşəkillərinə və ələ keçirilmiş audio mesajlara istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, ən azı beş hadisədə Rusiya hərbçiləri öz yoldaşlarını yeyiblər.

Hadisələrdən biri 2025-ci ilin noyabrında Donetsk vilayətindəki Mirnoqrad yaxınlığında baş verib. Təqdim olunan dəlillərə görə, Rusiya ordusunda xidmət edən "Topal" çağırış nişanı olan piyada iki əsgər yoldaşını öldürüb və onlardan birinin ayağını yeməyə cəhd edib. Telegram yazışmalarında adı açıqlanmayan zabit bu barədə kəşfiyyat batalyonu komandirinin müavini Vladislav Razikova məlumat verib və kəsilmiş ayağın fotosunu göndərib. Nəşr yazır ki, şəkillər xüsusi proqram təminatı ilə yoxlanılıb və onların saxta və ya redaktə olunmuş olmasına dair əlamət tapılmayıb.

Şəkli araşdıran müstəqil hərbi cərrah bildirib ki, zədələr döyüş yarasına bənzəmir və ehtimal ki, iti alətlə yetirilib. Audio mesajlarda zabit hadisəni “insident” adlandıraraq deyib ki, həmin hərbçi zirzəmidə insan ətini doğramağa çalışarkən tapılıb, saxlanılmaq istənərkən atəş açıb və öldürülüb. Zabit həmçinin əsgərlərinin “aclıq payı” ilə yaşadığını və qidanın ciddi şəkildə tükəndiyini qeyd edib.

Digər ələ keçirilmiş danışıqlarda da oxşar hallar qeyd olunur. Belə ki, ötən ilin aprelində “Most” çağırış nişanlı hərbçi komandirinə şikayət edərək bir silahdaşının “insan əti yediyini” deyib. 2025-ci ilin oktyabrında isə 1437-ci motoatıcı alayın komandiri tabeliyində olan hərbçinini eyni əməldə ittiham edərək “insan yeməyi” dayandırmağı tələb edib. Başqa bir mesajda 55-ci motoatıcı briqadanın qərargah rəisi alkoqol və narkotiklərlə yanaşı, kannibalizmi də açıq şəkildə qadağan edən əmr verib.

Ukrayna tərəfi həmçinin bildirir ki, əsir götürülən Rusiya hərbçiləri arasında ərzaq çatışmazlığından şikayət edənlərin sayı artır. ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı və RAND Corporation əməkdaşı Bradley Martin qeyd edib ki, Rusiya ordusunda təminat problemləri ilə bağlı məlumatlar inandırıcı görünür və qoşunların təminatı komandanlıq üçün prioritet deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Aprel 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri