Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Rusiya ordusunda döyüşən azərbaycanlı: “Mənim içimdə insanlıq deyilən bir şey qalmayıb” MÜSAHİBƏ

Rusiya ordusunda döyüşən azərbaycanlı: “Mənim içimdə insanlıq deyilən bir şey qalmayıb” MÜSAHİBƏ

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Emin Nəcəfzadə 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Keçən il isə Rusiyaya gedərək orduya qoşulub. Rusiya ordusunun tərkibində Ukraynanın Donetsk və Donbas bölgələrində döyüşlərdə iştirak edib, keçən ay ağır yaralanıb. Hazırda Kalininqraddakı hərbi hospitalda müalicə alır.

Emin Nəcəfzadə Rusiya ordusuna qoşulmağı, müharibənin gedişatı, yaralanması bir sözlə həyat hekayəsi ilə bağlı suallara cavab verib.

Bakupost.az “Teleqraf” İnformasiya Agentliyinin Emin Nəcəfzadə ilə müsahibəsini təqdim edir.

- Özünüz haqqında məlumat verərdiniz...

- Nəcəfzadə Emin Nazim oğlu 23 sentyabr 1999-cu ildə Tərtər rayonunda anadan olmuşam. Vətən müharibəsinin iştirakçısıyam. Müharibədən sonra işə düzəldim. Ancaq işdəki qanunsuzluqları ictimailəşdirdiyimə görə məni maddə ilə işdən çıxartdılar. Bundan sonra iş tapa bilmədim. 18 min manat kredit borcum vardı. Ailəmi dolandıra bilmirdim. Uşağım da xəstədir. Bu səbəbdən Rusiyaya getmək qərarına gəldim.

- Rus ordusuna qoşulmağınız necə baş verdi?

- 2023-cü ilin axırında Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə gəldim. Müharibə təcrübəm olduğu üçün orduya qoşulmaq məqsədilə hərbi komissarlığa müraciət etdim. Onlar haqqımda araşdırma apardılar və 3 ay sonra mənimlə müqavilə bağladılar. Beləliklə, mən 2024-cü ilin mart ayında orduya daxil oldum və Ukraynanın Donetsk şəhərinə göndərildim. Bir neçə ay sonra, 2024-cü ilin oktyabrında artıq Rusiya vətəndaşlığını aldım.

- Müharibədə haralarda döyüşmüsünüz?

- 9-cu briqadanın tərkibində Donetsk vilayətinin bir çox şəhərlərində, o cümlədən Selidovo, Ardiyevka, Pokrovskda aparılan döyüşlərdə iştirak etmişəm.

- Nə qədər müddət döyüşmüsünüz?

- 2024-cü ilin martından 2025-ci ilin martına qədər döyüşlərdə iştirak etmişəm. Təxminən yeddi ay döyüşlərdə olmuşam. Bizə 2-3 həftəlik məzuniyyətlər verirdilər. Minaaxtaran kimi çalışmışam. Əsas vəzifəm ordunun yollarını minalardan təmizləmək idi ki, əsgərlər və tanklar irəliləyə bilsin.

- Nə vaxt yaralanmısınız?

- Keçən ay-mart ayında Pokrovskda yaralandım. Bura Ukrayna ordusu aramsız dron zərbələri endirirdi. Göz açmaq mümkün deyildi. Ukrayna ordusu xüsusilə “Baba Yaqa” tipli dronlardan istifadə edirdi. Bu dronlar havada bir saat qala bilir və alt hissəsinə güclü partlayıcılar yerləşdirilir. Bizə bu dronlardan 4-ü hücüm etdi. Əvvəlcə meşədə gizlənərək canımı qurtara bildim, ancaq gizləndiyim yerdən dron səsini eşitdim. Artıq xilas ola bilmədim.

Sanki hər şeyin sonu çatmışdı. Çox ağır formada yaralandım. Yanımdakı üç əsgər həlak oldu. Gözlərim müvəqqəti olaraq görmə qabiliyyətini itirdi, səsləri eşidirdim, ancaq heç nə görmürdüm. Amma özümü itirmədim, özümə ağrıkəsici vurdum və 50-60 metr sürünərək irəlilədim. Orada qalmaq mümkün deyildi. Artıq ağrılara dözə bilmirdim, Allaha yalvarırdım ki, ya gözlərim açılsın və bu vəziyyətdən sağ çıxım. Bu gün həyatda olduğum üçün Allaha şükür edirəm.

- Orada başqa azərbaycanlılar da var idimi?

- Bəli, orada çoxlu sayda azərbaycanlı var idi. Əksəriyyəti, Rusiyada yaşayan azərbaycanlılardır. Müqavilə bağlayıb müharibəyə qoşulublar.

- Müharibədə iştirak etdiyinizə görə nə qədər maaş alırdınız?

- Orduya qoşulan kimi 10 gün ərzində bank hesabına 1,7 milyon, bizim pulla 34 min manat köçürülür. Aylıq maaşım isə 210 min rubldur. Azərbaycan pulu ilə 3 min manatdan çox edir. Lakin alınan məbləğ tutduğun vəzifədən asılı olaraq dəyişir.

- Hazırda harada müalicə olunursunuz?

- Hazırda Kalininqrad şəhərində hərbi hospitaldayam.

- Sizi niyə bu qədər uzağa göndəriblər?

- Yüngül yaralılar Donetsk bölgəsindəki hospitala yerləşdirilir, lakin ağır yaralıları digər bölgələrə göndərirlər. Mən də bu səbəbdən hazırda buradayam.

- Ukraynada Rusiya ordusunun tərkibində döyüşmək sizin üçün nə ifadə edir?

- Mən istəyirəm ki, insanlar məni düz başa düşsün. Uşağımın xəstə olması və Azərbaycanda iş tapa bilməməyim mənim bütün həyat prinsiplərimi dəyişdirdi. Mənim içimdə insanlıq deyilən bir şey artıq qalmayıb. Bu səbəbdən mənim üçün bu etdiyim işin doğru və ya yanlış olması artıq fərq etmir. Yeganə məqsədim uşağımın müalicəsini təmin etməkdir. Mən bu fikir uğrunda yaşayıram.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri