Icma.az
close
up
RU
Asiyadakı azərbaycanlı: Millidə oynamaq mənim də xəyalımdır MÜSAHİBƏ

Asiyadakı azərbaycanlı: Millidə oynamaq mənim də xəyalımdır MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

“Zirə” və “Şamaxı”da oynadıqdan sonra qış “transfer pəncərəsi” zamanı legioner həyatı yaşamaq üçün Qırğızıstana yollanan Ramin Əhmədov bu ölkənin “Alay” klubu ilə müqavilə imzaladı. Hazırda bu klubun heyətində Türkiyədə təlim-məşq toplanışında yer alan 23 yaşlı yarımmüdafiəçi Sportal.az saytına müsahibə verib. O, “Alay”dakı durumundan və gözləntilərindən bəhs edib.

- Türkiyə toplanışı necə gedir? Yoxlama matçlarında oynamısan?

- Bəli, komandanın düşərgəsindəyəm. Toplanışımız da davam edir. Hər şey yaxşı keçir. Hazırlıqlarımızı davam etdiririk. Komandanın heyətində artıq üç oyuna çıxmışam. "Spartak"(Kostroma), "Dinamo(Vladivastok) və "Alba Yuliya" komandası ilə qarşılaşmışıq. Hər üç matçda da oynamışam.

- Kollektivdəki atmosfer necədi? 

- Atmosferimiz əladır. Bu komandaya çox tez bir zamanda adaptasiya oldum. Komandada məni yaxşı qarşıladılar, mehriban kollektivimiz var. Ona görə də, həm komanda yoldaşlarıma, həm də oyun stilimizə tez adaptasiya oldum. Hər şey yaxşıdır.

- Yeni sezon üçün yüksək liqada komandanın əsas məqsədi nə olacaq? Çempionluğunuz real görünür?

- Komandamız daim iddialı olub. Elə indi də iddiamız böyükdür. Yeni sezonda əsas hədəfimiz çempionluqdur. "Alay"ın oyun tərzi və heyətdəki futbolçuları çempionluq uğrunda mübarizə aparmağa imkan verir. Sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar.

- 2025/2026 mövsümündən Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq. Azərbaycanlı futbolçuları narahat edən qərar olduğunu söyləmək mümkündür. Səncə, futbolçularımız xaricdə özlərinə komanda tapa biləcək?

- Bəli, bundan xəbərim var. Legioner limit tətbiq olunmayacaq. Ancaq komanda sayı artacaq. Demək ki, çempionat daha maraqlı olacaq. Yerli futbolçular üçün də yaxşıdır. İnkişaf daha da çox olacaq. Legioner axını ilə komandaar güclənəcək, gərgin mübarizə olacaq. Məncə, ötən mövsümlərdən fərqli olaraq, daha da maraqlı çempionat izləyəcəyik. İndiki komandalarında az şans qazanan yerli futbolçular böyük ehtimalla Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq klublarda oynamağı üstün tutacaqlar. Fikrimcə, onların arasında potensialını açacaq oyunçuları da görə bilərik.

- "Alay"da göstərəcəyin performansla Qırğızıstana azərbaycanlı futbolçulara yol aça bilərsən? Özünü yaxşı tərəfdən göstərəcəyin təqdirdə, qırğızlar digər azərbaycanlılara da maraq göstərə bilər?

- Maraq hər zaman var. Harada oynamağımızdan asılı olmayaraq daha yaxşı çıxış edib, bizə olan marağı daha da artırmalıyıq. 

- Qırğızıstanda daimi oynayaraq Azərbaycan milli komandasına dəvət olunmağı real hesab edirsən? Yoxsa, daha güclü liqalarda oynamalısan ki, milliyə cəlb ediləsən?

- Hər futbolçu kimi millidə oynayıb, Azərbaycanı təmsil etmək mənim də xəyalımdır. Hələ ki Qırğızıstanda liqa başlamayıb və hansı səviyyədə olduğunu bilmirəm. Daha da çox inkişaf etməliyəm və daha yaxşı liqalara gedib, oradan Azərbaycan millisinə dəvət ala bilərəm.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri