Rusiya ordusunun Ukraynanın İzyum şəhərinə raket hücumu nəticəsində çoxlu sayda ölən və yaralanan var
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Kiyev, 4 fevral, AZƏRTAC
Rusiya hərbçiləri Xarkov vilayətinin İzyum şəhərinin mərkəzinə ballistik raket zərbəsi endirib. Hücum nəticəsində çoxlu sayda ölən və yaralanan var.
AZƏRTAC xəbər verir ki, Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, raket inzibati binaya düşüb. Yaxınlıqdakı daha bir inzibati binaya, həmçinin çoxmərtəbəli yaşayış binalarına, xüsusən də beşmərtəbəli binaya ziyan dəyib. “Bu ərazidə heç bir hərbi obyekt yoxdur”, -deyə Sinequbov bildirib.
İzyum şəhərinin meri Valeri Marçenkonun yerli mətbuata verdiyi məlumata görə, söhbət insanların işlədiyi binalardan gedir. Bunlar vergi, sosial təminat və xəzinə idarələridir.
Son məlumatlara görə, İzyuma hücum nəticəsində ümumilikdə 5 nəfər ölüb. Onların arasında iki qadın və iki kişi də var. Xilasedicilər dağıntılar altından bəzi cəsədləri çıxarıblar. Qurbanların hamısı mülki şəxslərdir və onların şəxsiyyəti müəyyənləşdirilir.
Daha 38 nəfər xəsarət alıb, 7 sakin xəstəxanaya yerləşdirilib. Onların arasında qəlpə yarası alan 15 yaşlı qızın vəziyyəti orta ağır qiymətləndirilir. Daha üç nəfər əməliyyat otağındadır və həkimlər bütün lazımi yardımları göstərirlər.
Qurbanların sayı ilə bağlı məlumatlar daim yenilənir və buna görə də rəqəmlər arta bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 04 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















