Icma.az
close
up
RU
Rusiya Pokrovskda 120 min hərbçi itirib Ukraynanın müttəfiqləri niyə reaksiya vermir?

Rusiya Pokrovskda 120 min hərbçi itirib Ukraynanın müttəfiqləri niyə reaksiya vermir?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pokrovsk istiqamətində gedən ağır döyüşlər Ukrayna müharibəsinin ən gərgin və qanlı mərhələlərindən birinə çevrilib.

“AzPolitika” Ukrayna hərbi mənbələrinə istinadla bildirir ki, Rusiya ordusunun texnika çatışmazlığı səbəbindən əsasən piyadaların cəlb edildiyi bu əməliyyatlar Moskva üçün fəlakətli nəticələr doğurur. Ekspertlər qeyd edirlər ki, yalnız Pokrovsk uğrunda aparılan döyüşlərdə Rusiyanın təxminən 120 minə yaxın itki verdiyi bildirilir. Bu, həm hərbi, həm də psixoloji cəhətdən Kreml üçün ciddi zərbədir.

Maraqlıdır ki, nə ABŞ Prezidenti Donald Tramp, nə də Ukraynanın ən yaxın müttəfiqləri olan Baltik və Şimali Avropa dövlətləri Pokrovskdakı vəziyyətə birbaşa şərh vermirlər. Ekspertlərə görə, bunun əsas səbəbi ondan ibarətdir ki, Qərb artıq prosesə lokal deyil, qlobal kontekstdə baxır. Onlar anlayırlar ki, hər bir şəhər uğrunda döyüş ümumi müharibənin nəticəsini deyil, yalnız mərhələsini müəyyənləşdirir.

Analitiklər vurğulayırlar ki, Rusiya 3 günə qələbə qazanacağını düşündüyü müharibədə artıq 4 ildir bataqlığa düşüb; NATO uzun illərdən sonra birləşmiş təhlükə qarşısında dirçəliş dövrü yaşayır, Avropa isə sürətlə silahlanır; Rusiya iqtisadiyyatı ardıcıl sanksiyalar altında ciddi zərbələr alır və qlobal bazarlardakı mövqelərini itirir. ABŞ və Aİ-nin birgə tətbiq etdiyi yeni sanksiyalar bu prosesi daha da gücləndirib.

Qeyd olunur ki, Donbas məsələsi hələ də açıq qalır. Tramp bu münaqişəni “dondurmaq” istəyir, lakin Moskva bölgəni tam ələ keçirmədən razılaşmaq istəmir. Eyni zamanda, Kiyev də mübarizəni davam etdirməkdə qərarlıdır. ABŞ Prezidenti bu vəziyyəti sabitləşdirmək məqsədilə yeni iki aylıq müddət müəyyənləşdirib, lakin bu müddət ərzində Rusiya ordusunun Kramatorska qədər irəliləməsi ehtimalı faktiki olaraq sıfırdır.

Nəticə olaraq qeyd edək ki, Pokrovsk uğrunda döyüşlər yalnız cəbhə xəttindəki bir əməliyyat deyil, həm də müharibənin gedişatını müəyyən edən strateji dönüş nöqtəsidir. Rusiya hərbi və iqtisadi baxımdan getdikcə daha çox tükənir, Qərb isə bu prosesin uzunmüddətli nəticələrini diqqətlə izləyir. Müharibə artıq “qələbə və ya məğlubiyyət” deyil, bir “davamlı zəiflətmə” mərhələsinə çevrilib və bu mərhələnin sonunda Rusiya üçün çıxış yolu hələ görünmür.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri