Icma.az
close
up
RU
Rusiya prosesə start verdi: 15 gün... Hədəfdə Azərbaycan da var

Rusiya prosesə start verdi: 15 gün... Hədəfdə Azərbaycan da var

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın aerodromlara hücumundan sonra Rusiyada bir sıra təhlükəsizlik tədbirləri görülür. İddialara görə, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və sərnişinlərin ciddi yoxlanmasına başlanılıb. Qeyd olunur ki, məqsəd təhdidlərin qarşısını almaqdır. Azərbaycanın yükdaşıma bazarında Rusiya ilə əlaqələr mühüm yer tutduğu üçün hazırkı proses ölkəmizdə də narahatlıq yaradıb.

Bu gərginlik fonunda Azərbaycan-Rusiya sərhəddində nə kimi dəyişikliklər gözlənilə bilər? Proses ticarət və yükdaşımalara necə təsir edəcək?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Rusiyanın iyunun 1-dən sonra dövlət sərhəd-keçid məntəqələrində apardığı yoxlamaların xüsusi səbəbləri var:

“Ukrayna ordusu Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində yerləşən aerodromları elə onların ətrafında olan yük maşınlarının üzərindən buraxılan dronlarla atəşə tutub. Yəni PUA-lar Rusiyanın daxilinə gömrük buraxılış məntəqələrindən keçərək gəlib. Ona görə də rəsmi Moskva sərhəd keçid məntəqələrində yük maşınlarını yoxlamalıdır. Bu, vaxt itkisinə səbəb olacaq. Əvvəl bir tır Rusiyanın daxilinə 15-20 dəqiqəyə keçirdisə, indi 1 saat zaman lazımdır. Çox güman ki, yoxlamalar ilkin mərhələdə fiziki üsullarla aparılacaq, sonrakı mərhələlərdə mexaniki vasitələrdən istifadə ediləcək. Yük maşınlarının daxilində içini görmək üçün xüsusi qurğular quraşdırılacaq. Yalnız bundan sonra sərhədlərdə operativlik bərpa edilə bilər”.

Akif Nəsirli

Ekspert bildirib ki, son hadisə Kreml və tərəfdaşlarına ciddi zərər verəcək:

“Rusiyanın bütün keçid məntəqələrində 15-20 gün müddətinə böyük tıxac yaranacaq, malların çatdırılması prosesi uzanacaq, yük maşınları günlərlə növbədə dayanacaq. Bu ölkəyə daha çox tərəvəz məhsulları daşınır. Proses belə davam edərsə, məhsullar xarab ola bilər. Nəticədə sahibkarlar ziyana düşəcək. Həmçinin, Rusiya bazarlarında qıtlıq yaranacaq, ixracat azalacaq. Azərbaycan da müəyyən problemlər yaşayacaq. Rusiyadan keçid asan olsa da, bizim gömrükdə də yüklər ləngidilirdi. İndi bu, ikitərəfli olacaq, məhsullar çürüyəcək. Sahibkarlarımız bunu nəzərə almalıdırlar”.

Ləman Hüseynzadə
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri