Icma.az
close
up
RU
Rusiya PUA larını vurmaq NATO ya fantastik qiymətə başa gəlib Rəqəm AÇIQLANDI

Rusiya PUA larını vurmaq NATO ya fantastik qiymətə başa gəlib Rəqəm AÇIQLANDI

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bunun üçün F-35-lərdən istifadə yersizdir”

NATO sentyabrın 10-na keçən gecə Polşaya soxulan ucuz Rusiya PUA-larını vurmaq üçün ən azı 1,2 milyon avro xərcləyib. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Polşada hava məkanının qorunması üçün Hollandiyanın müasir F-35 qırıcıları və Almaniyanın Patriot hava hücumundan müdafiə sistemlərindən istifadə edilib. NATO üç PUA-nın iki F-35 qırıcısı tərəfindən məhv edildiyini bildirir. Dördüncü rus PUA-sı ilə bağlı araşdırma hələ də davam edir.

Pilotlar Rusiya PUA-larını AIM-9 Sidewinder raketlərilə vurublar. Bu raketlərinsə hər buraxılışın dəyəri 400 min avrodan çoxdur. Hər PUA-ya azı bir raket atıldığını nəzərə alsaq, NATO-nun Polşanın hava məkanında cəmi 3 ucuz PUA-nı vurmağa 1,2 milyon avro xərclədiyi məlum olur.

Qeyd edək ki, bir Rusiya hücum PUA-sının qiyməti cəmi bir neçə min avro təşkil edir. Buna görə də NATO-nun yüksək rütbəli zabiti jurnalistlərə deyib ki, F-35-in pilotsuz təyyarələrə qarşı istifadə edilməsi yersizdir.

Nəşrin məlumatına görə, Alyans hazırda Rusiyanın təxribatlarına qarşı mübarizənin müxtəlif variantlarını nəzərdən keçirir. Xüsusilə, NATO-nun qərargahında şəxsi heyətin sayı artırılıb və döyüşə hazırlıq vəziyyəti gecə-gündüz qüvvədədir.

Alyans həmçinin şərq cinahına əlavə hava hücumundan müdafiə vasitələri ötürməyi planlaşdırır. NATO üzvü olan dövlətlərdən birinin hava məkanının pozulmasına cavab olaraq çəkindirmə missiyasının işə salınması variantı da nəzərdən keçirilir. Buraya hərbi gəmilər, sualtı qayıqlar, kəşfiyyat təyyarələri və pilotsuz təyyarələr cəlb oluna bilər.

Bundan əlavə, nəşr hesab edir ki, NATO ölkələri dronlara qarşı necə mübarizə aparmağı Ukraynadan öyrənməlidir. Məsələn, ukraynalılar düşmənin pilotsuz təyyarələrini aşkar edə bilən səs sensorlarından istifadə edirlər və yerdə mobil atəş qruplarından istifadə edilməsi PUA-ları daha ucuza vurmağa imkan verir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri