Rusiya qadınları hücumlara göndərməyə başlayıb: Drondan qaçarkən görüntüləndi (VİDEO)
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Milli Qvardiyasının döyüşçüləri ilk dəfə olaraq Pokrovsk istiqamətində Rusiya Federasiyasının işğalçı ordusunun qadın hücumçusunu görüblər.
Qaynarinfo xəbər verir ki, polkovnik Petro Bolboçanın adını daşıyan 3-cü Əməliyyat Təyinatlı Briqadanın Teleqram kanalında verilən məlumata görə, bu, Rusiyanın komandanlığının Pokrovsk istiqamətində hücumlara qadınları göndərməyə başladığını göstərir. Paylaşılan videoda onun drondan qaçmağa çalışdığı görünür:
"Aktiv döyüşlər dövründə biz çox şey gördük – ağsaqqal "hücumçular”, keçmiş məhbuslar, narkotik təsiri altında olan işğalçılar. Amma qadın – ilk dəfədir. "Spartan” dronları seçmir: kim Ukrayna torpağına gəlirsə, düşməndir və məhv ediləcək”.
Xatırladaq ki, 2023-cü ilin martında o vaxtkı Rusiya müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibədə 1 100 rusiyalı qadın iştirak edir.
Bir müddət sonra məlum olmuşdu ki, Rusiya Müdafiə Nazirliyinə tabe olan "Redut” özəl hərbi şirkətinin "Borz” batalyonu qadınları cəbhə xəttinə göndərmək üçün döyüş ixtisasları üzrə yığmağa başlayıb.
Həmçinin, qadın məhbusların döyüş birləşmələrinə – snayper, tibb işçisi və ya dron operatoru kimi cəlb edilməsi barədə də məlumatlar yayılmışdı.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















