Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Rusiya Qərb müharibəsi, Çinin rolu və Türkiyənin ambisiyaları

Rusiya Qərb müharibəsi, Çinin rolu və Türkiyənin ambisiyaları

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Türkiyəyə Rusiya və Çini cilovlamaq strategiyasında mühüm tərəfdaş kimi baxır, onun hərbi potensialını və strateji mövqeyini dəyərləndirir. Ankara isə ABŞ və NATO ilə əməkdaşlığı dərinləşdirərkən strateji müstəqilliyini qorumağa çalışır

ABŞ-ın Ukraynada davam edən müharibə ilə bağlı Rusiya ilə sülh sazişi bağlaya bilməməsi qlobal geosiyasi gərginliyi, ittifaqları və strateji prioritetləri dəyişdirib. Kremlin Ukrayna təslim olana qədər münaqişəni davam etdirmək əzmi Rusiyanın özünü ABŞ mərkəzli dünya düzəninə meydan oxuyan dominant qlobal güc kimi göstərmək niyyətini nümayiş etdirir. Eyni zamanda, Çinin Rusiyaya açıq dəstəyi, ABŞ və İsrailin İrana zərbələrindən sonra onun hərbi mövqeyi Pekinin ambisiyalarını açıq göstərir. Avropa İttifaqı və Britaniya Ukraynanın potensial kapitulyasiyasını strateji məğlubiyyət kimi qiymətləndirir, dirçəlməkdə olan Rusiyanı Avropanın təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul edir. Bu mürəkkəb vəziyyətdə Türkiyə NATO öhdəlikləri ilə Rusiya və Çinlə praqmatik münasibətlər arasında balans saxlayaraq əsas oyunçu kimi meydana çıxır.

Rusiya-Qərb müharibəsi: Moskva II Dünya Müharibəsi strategiyası ilə hərəkət edir

Ukraynadakı müharibə Rusiya-Qərb rəqabətinin həlledici arenasına çevrilib və qlobal güc dinamikasına ciddi təsir göstərir. Rusiyanın strategiyası Ukraynanı və onun Qərb himayədarlarını məğlub etmək üçün münaqişəni uzatmaq, Moskvaya şərtləri diktə etməyə və qlobal mövqeyini gücləndirməyə imkan verəcək təslim olmağa məcbur etməkdir. Moskva artıq resurs müharibəsinə qərar verib və bu Qərb ölkələrini ciddi sınaq qarşısında qoyur. Rusiya strategiyası açıq-aşkar II Dünya Müharibəsinin strategiyasına bənzəyir-Ruslar itki verməkdən çəkinmirlər, döyüşə-döyüşə öyrənirlər, bütün iqtisadiyyatı müharibə üçün səfərbər ediblər, böyük resurs bazasına və Çinin dəstəyinə güvənirlər. Çinin dəstəyi isə ABŞ-ın SSRİ-ni dəstəkləmək üçün Lend-liz proqramını xatırladır.

Bu yanaşma Rusiyanın ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünya nizamına meydan oxumaq və özünü böyük güc kimi yenidən təsdiq etmək kimi daha geniş ambisiyalarını əks etdirir. Kreml Ukraynadakı qələbəni NATO birliyini zəiflətmək və digər güclərə, xüsusən də qlobal cənubda Qərbin hökmranlığına meydan oxuya biləcəyinə işarə etmək üçün bir yol kimi görür .

Qərb, xüsusilə Aİ və Böyük Britaniyada hesab edirlər ki, Rusiyanın qələbəsi, NATO-nun nüfuzunu sarsıdacaq və Avropanın şərq cinahında sabitliyi pozacaq. Lakin enerji qiymətləri və inflyasiya kimi iqtisadi təzyiqlər Avropada ictimai dəstək məsələsini problematik edir və münaqişənin uzanmas Qərbin birliyini pozmaq riski daşıyır.

Çin yeni “Soyuq müharibə” yə start verdi

Çinin Rusiyanın məğlubiyyətinin qəbuledilməz olduğu barədə bəyanatı ölkənin xarici siyasətində ehtiyatlı neytrallıqdan Moskvaya açıq dəstəyə doğru əhəmiyyətli dəyişikliyi, strateji dönüşü açıq göstərir. Pekində hesab edirlər ki, Rusiyanın zəiflədilməsi Çinin ABŞ qarşısında, xüsusən də Hind-Sakit okean regionunda mövqeyini sarsıdacaq. ABŞ və İsrailin Çinin neft təchizatında və Fars körfəzi coğrafiyasında əsas tərəfdaşı olan İrana zərbələri Pekin-Moskva tərəfdaşlığına yeni  imöuls verib. Hər iki güc Qərbin öz təsirlərini məhdudlaşdırmaq üçün koordinasiyalı səylərə ehtiyacı bir daha hiss etdilr.  Çinin “güc nümayişi”nə Cənubi Çin dənizində hərbi təlimlərin artırılması, Rusiya ilə birgə təlimlər və enerji alışı məhdudiyytəsiz ticarət vasitəsilə Moskvaya iqtisadi dəstəyin artırılması daxildir. Pekin Ukrayna münaqişəsini Qərb hegemonluğunun ifadəsi kimi qələmə verməklə Qlobal Cənub ölkələrinin dəstəyini cəlb etmək üçün diplomatik nüfuzundan da istifadə edə bilər. Bununla belə, Çin çətin ki, Rusiyaya birbaşa hərbi yardım göstərsin, çünki bu, Qərbin ciddi sanksiyalarını riskə atacaq və onun Avropa və ABŞ ilə iqtisadi əlaqələrinə xələl gətirəcək.Çin Şimali Koreyanı bu missiya ilə qabağa çıxarıb.

Türkiyənin geosiyasi şahmat taxtasındakı rolu getdikcə mürəkkəbləşir

NATO üzvü kimi Ankara alyans üçün, xüsusən də Yaxın Şərq və Cənubi Qafqazda Rusiya və İranın təsirinə qarşı durduğu cənub cinahında mühüm rol oynayır. ABŞ Türkiyəyə Rusiya və Çini cilovlamaq strategiyasında mühüm tərəfdaş kimi baxır, onun hərbi potensialını və strateji mövqeyini dəyərləndirir. ABŞ və Türkiyə arasında son yaxınlaşma, o cümlədən Türkiyənin NATO-nun güzclənməsinə töhfəsi artır , Vaşinqtonun isə uzun illər gərginliyindən sonra Ankaranı Qərb təhlükəsizlik strategiyasının əsas aktorlarından birinə çevirmək səylərini əks etdirir.

Bununla belə, Türkiyənin xarici siyasəti praqmatik və çoxvektorlu olaraq qalır. Ankara “Türk axını” boru kəməri də daxil olmaqla Rusiya ilə iqtisadi və enerji əlaqələri saxlayır və “Bir Kəmər və Yol” təşəbbüsü ilə Çinlə əlaqə saxlayır. Türkiyənin hər iki güclə əməkdaşlıq və rəqabəti balanslaşdırmaq bacarığı ona regional vasitəçi kimi unikal rol oynamağa imkan verir. Türkiyənin II Qarabağ müharibəsində Azərbaycana dəstək verməsi onun gücünü Qərb və ya Rusiyanın maraqlarından asılı olmayaraq proyeksiya etmək qabiliyyətini nümayiş etdirdi. Eynilə, Orta Asiyada Türkiyə mədəni və iqtisadi təsirini genişləndirərək özünü həm Rusiyaya, həm də Çinə qarşı bir tarazlaşdırıcı qüvvə kimi qəbul etdirməy çalışır.

Təxmin etmək olar ki,  Türkiyə silahlı qüvvələrinin modernləşdirilməsində ABŞ-ın dəstəyi güclənəcək. Bununla belə, Ankara iqtisadi əlaqələri saxlamaq üçün Rusiyaya ilə  tamam açıq qarşıdurmadan çəkinəcək.  Türkiyə Ukrayna münaqişəsində vasitəçi kimi mövqe tutmağa davam edəcək. Bu, prezident Ərdoğanın Türkiyənin qlobal reputasiyasını artırmaq istəyi ilə uyğundur. Türkiyənin II Dünya Müharibəsində  müharibəyə qoşulmaması təcrübəsi strateji düşüncənin əsas yanaşması olaraq qalır.

Cənubi Qafqazda və Mərkəzi Asiyada Türkiyə iqtisadi sərmayə və mədəni diplomatiya vasitəsilə öz təsirini genişləndirəcək, Rusiyanın dominantlığına meydan oxumağa, eyni zamanda Çinin regional təşəbbüslərində Pekinin onunla hesablaşması üçün çalışacaq. Bu strategiyanın əsas tərəfdaşı isə Azərbaycandır. Türkiyə də öz növbəsində NATO öhdəlikləri ilə regional ambisiyaları uzalaşdırmağa çalışacaq və Bakı Alyans əməkdaşlığı güclənəcək.  Türkiyə üçün NATO ilə əlaqələri dərinləşdirməklə yanaşı strateji muxtariyyəti qoruyub saxlamaq onun bu qeyri-sabit dövrdə rolunu müəyyən edəcək. Azərbacyanla strateji müttəfiqlik Ankaraya Cənubi Qafazda və Mərkəzi Asiyada xüsusi önəm verir və gücünü proeksiya etmək imkanı genişləndirir.   Rusiyanın Azərbaycana təzyiq etmək cəhdlərinin başlıca səbəblərindən biri məhz Trükiyənin Cənubi Qafazda və Mərkəzi Asiyada təşəbbüsü əla almaq potensialının güclənməsidir.

Zaur İbrahimli

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri

Siyasi elmlər üzrə magistr

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see151

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see146

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see144

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see142

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see137

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri