Icma.az
close
up
RU
Rusiya Qərblə müharibəyə hazırlaşır, bu yerlərə hucum edəcək Almaniya kəşfiyyatının rəhbərindən açıqlama

Rusiya Qərblə müharibəyə hazırlaşır, bu yerlərə hucum edəcək Almaniya kəşfiyyatının rəhbərindən açıqlama

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya kəşfiyyatının rəhbəri bildirib ki, Rusiya Qərblə müharibəyə hazırlaşır.

Azpost.info DW-ə istinadən bildirir ki,  Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kal bildirib ki, Rusiya Qərb ölkələri ilə əsl hərbi qarşıdurmaya hazırlaşmağa davam edir. Lakin bundan əvvəl NATO üzvləri arasında parçalanma yaratmağa cəhd edə bilər.

“Rusiya tammiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün lokal əməliyyatlar aparılacaq” deyə Kal bildirib.

Moskva NATO-nun nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. “Yüksək rütbəli rusiyalı məmurlar NATO ölkələrindən biri üçün alyansın digər üzvlərinin müvafiq reaksiya verməyəcəyi  “fövqəladə vəziyyət” yaratmağı düşünürlər”, – Kal izah edib.

Nümunə olaraq, o, Norveçin Şpitsbergen arxipelaqına “ərazilərin təmizlənməsi” məqsədilə mümkün qısamüddətli hücumu göstərib. Rusiyanın Spitsbergenə xüsusi hüquqları var. Lakin eyni zamanda, Oslonun arxipelaqdakı əcnəbilərə münasibətdə siyasəti son illərdə daha sərtləşib.

Bruno Kala görə, Rusiyanın yerli müdaxiləsinin başqa bir ehtimalı yerli rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrlə münaqişədir. BND rəhbəri hesab edir ki, NATO Nizamnaməsinin 5-ci maddəsi bu cür münaqişələrdə istifadə olunmasa, NATO müdafiə ittifaqı kimi uğursuzluğa düçar olacaq .Bu, Rusiyanının qarşısına qoyduğu məqsəddir. “Yardım vədi səmərəsiz olarsa, Rusiya aqressiv güc siyasəti ilə Avropada təsirini genişləndirə bilər” deyə xəbərdarlıq edib.

Almaniya kəşfiyyatının rəhbəri bir daha vurğulayıb ki, bu onilliyin sonuna qədər Rusiya Qərb ölkələri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resursa malik olacaq. O, bu fikri ilk dəfə oktyabr ayında Bundestaqda Almaniyada xüsusi xidmət orqanlarının fəaliyyətinin monitorinqinə həsr olunmuş iclasda çıxış edərkən bildirib.

Azpost.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri