Rusiya "Sirkon"larla niyə yaşayış binalarını vurur?
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Ukraynanın bu yay Rusiyanın kosmik rabitə mərkəzlərinə endirdiyi zərbələr Rusiyanın kəşfiyyat məlumatları ilə bağlı problemlər yaşamasına səbəb ola bilərdi və məhz buna görə Rusiya “Sirkon” raketləri ilə terroru gücləndirib.
Axar.az xəbər verir ki, bunu “Defense Express”in eksperti İvan Kiriçevski bildirib.
O vurğulayıb ki, Ukraynanın Rusiyadakı kosmik rabitə obyektlərinə zərbələri Rusiya hərbçiləri üçün maraqlandıran hədəflər barədə dəqiq kəşfiyyat məlumatlarının əldə edilməsində maneələr yaradıb.
“Ehtimal edirəm ki, bu, rusların yaşayış binalarını “Sirkon” raketləri ilə atəşə tutmağa başladığı belə genişmiqyaslı terrora keçməsinin səbəblərindən biri ola bilər”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, raketlərin hədəfə yönəldilməsi üçün ruslara bu peyk məlumatları lazımdır:
“Sirkon” (3M22) Rusiyanın gəmi əleyhinə hipersəs raketidir. Lakin o, yerüstü hədəfləri də vurmaq qabiliyyətinə malikdir. Rusiya onun sürətinin 9 Maxa qədər, uçuş məsafəsinin isə 1000 kilometrədək olduğunu iddia edir. Lakin açıq mənbələrdə raketin faktiki göstəricilərinin hələ də mübahisəli olduğu vurğulanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 19 Avqust 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















