Rusiya rəsmisi: Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş əldə olunub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu qeyd edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O qeyd edib ki, Rusiya Bakı ilə İrəvan arasında iki ölkənin Gürcüstanla sərhədlərindən başlayaraq cənuba doğru delimitasiya və demarkasiya prosesinə başlamaq haqqında razılaşmaları alqışlayır.
"Çox böyük, yaxşı irəliləyiş əldə olunub. Sərhədin bir hissəsi delimitasiya və demarkasiya olunub. İndi onlar (Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan - red.), bildiyimə görə, bu yaxınlarda görüşüblər. Biz bu cür təmasları və bu cür birgə işi həmişə alqışlamışıq, çünki bu, şübhəsiz ki, regionun sabitliyinə kömək edəcək", - deyə Overçuk vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 29 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















