Icma.az
close
up
RU
Rusiya riskli qərar ərəfəsində Hədəf dəyişir, Qərb tərəddüddədir

Rusiya riskli qərar ərəfəsində Hədəf dəyişir, Qərb tərəddüddədir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna qüvvələrinin cəbhənin iki kritik sektorunda – Kursk vilayətində və Donetsk bölgəsində amansız təzyiq altında olduğuna dair xəbərlər yayılır. Ötən gün Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşunlar qrupu Kupyansk istiqamətindən geri çəkilib. Ukraynanın ATACMS raketlərindən istifadə edərək Rusiyaya zərbələr endirməsinə Rusiya səssiz qalır. Müəyyən hücumlar olsa da tutarlı, güclü zərbələr endirilməyib.

Bunun səbəbi nədir? Ukrayna üstünlük qazanmağa başlayır?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Rusiya-Ukrayna cəbhəsində son bir neçə müddətdir ki, vəziyyətin daha da gərginləşdiyi hiss olunmaqdadır:

“Xüsusilə də ABŞ və digər Qərb dövlətlərinin Ukraynaya ötürdükləri raketlərdən Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməsindən sonra müharibə kəskin mərhələyə qədəm qoyub.
Məlumdur ki, ATACMS tipli uzaqmənzilli raketlərdən istifadədən sonra Ukrayna tərəfi ilk dəfə olaraq Britaniyanın “Storm Shadow” raketləri ilə Rusiyaya zərbələr endirib. Xüsusilə də Kursk vilayəti uzaqmənzilli raketlərlə hücuma məruz qalıb.

Rusiya da bu hücumlara cavab olaraq Donbas və Novorossiya istiqamətində hücumların tempini artırıb. İndi Rusiya demək olar ki, hər gün az da olsa müəyyən irəliləyişə nail olur. Qərb yaxşı başa düşür ki, Ukrayna münaqişə başlanan andan ən zəif vəziyyətə düşüb. Və elə əslində raketlərdən istifadə ilə bağlı qadağanın aradan qaldırılması da Rusiyanın irəliləyişinin aradan qaldırılmasına hesablanıb. İkinci bir tərəfdən isə Qərb Ukraynanı əlverişli mövqeyə çıxarmaqla Tramp hakimiyyəti dönəmində mümkün ola biləcək danışıqlar prosesində Ukraynanın əlini möhkəmləndirmək istəyir. Buna necə nail olacaqlarını təbii ki, zaman göstərəcək”.

Rəşad Bayramov

Politoloqun sözlərinə görə, Ukrayna tərəfi prezident Zelenskinin timsalında belə hesab edir ki, silah və texnikanın göndərilməsi davam etdirilməli və Qərb bununla da kifayətlənməyərək Rusiyaya qarşı birbaşa döyüş əməliyyatlarına qatılmalıdır:

“Lakin Rusiya tərəfinin öz nüvə doktrinasına dəyişikliklər etməsi və nüvə silahından istifadə edə biləcəyi ilə bağlı verdiyi mesajlar təbii olaraq bir sıra ölkələri çəkindirir. Təsadüfi deyil ki, Rusiyanın “Qreşnik” raketindən istifadəsindən sonra Qərbin özündə də Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün əlavə raketlərin ötürülməsi ilə bağlı fikir ayrılığı ortaya çıxıb. Ukraynanın əlində isə uzaqmənzilli raketlərin sayı isə Rusiyanı dizə gətirəcək qədər deyil.

Rusiyanın indiki halda müəyyən qədər səssiz qalmasının da səbəbi əslində elə bununla bağlıdır. Rusiya cavab zərbəsi endirdi və bu tipli raketlərlə istənilən zaman kütləvi hücumlar təşkil edə biləcəyinin mesajını verdi. Bunun ardınca Ukrayna tərəfinin uzaqmənzilli raketlərdən istifadəsinin intensivliyi də azaldı. İndi Rusiya səssiz qalmaqla faktiki olaraq Qərbə mesaj göndərir və bildirir ki, raketlərin tədarükü davam edəcəyi, Rusiyanın strateji obyektlərinə qarşı hücumlar olacağı halda hədəf təkcə Ukrayna olmayacaq. Məsələn, Ukraynaya silah tədarükündə əsas dəhliz rolunda çıxış edən Polşa da hədəfə alına bilər. Bu isə artıq NATO-nun birbaşa müharibəyə qoşulmasına və nəticədə Rusiya tərəfindən taktiki nüvə silahının istifadəsinə gətirib çıxara bilər. Odur ki, indi Qərb də tərəddüd içindədir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri