Icma.az
close
up
RU
Rusiya Samvel Karapetyanı bu şəxslə əvəz edir

Rusiya Samvel Karapetyanı bu şəxslə əvəz edir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda müxalifətin baş nazirliyə namizədi rusiyalı milyarder Samvel Karapetyan olmayacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Adıçəkilən nəşr bunu Samvel Karapetyanın xarici ölkə vətəndaşı olması ilə izah edir.

Ona görə də Samvel Karapetyan yüksək dövlət vəzifəsi tuta bilməz.

“Hraparak” baş nazir postuna müxalifətin vahid namizədinin adını da açıqlayıb. 

“Hakimiyyət hay-küy salaraq, bu dəfə keçmiş baş nazir Karen Karapetyana qarşı aktiv şəkildə “qara piara” başlayıb. Üstəlik, Karen Karapetyanın özü Samvel Karapetyanı dəstəkləyən bir ictimai bəyanatdan başqa, hələ ki, heç bir siyasi addım atmayıb.

Lakin siyasi dairələrdə baş nazir postuna Samvel Karapetyanın yaratdığı yeni siyasi qüvvə tərəfindən onun namizədliyinin irəli sürülə biləcəyindən ehtiyatlanırlar. Karen Karapetyan bir çox digər mümkün fiqurlardan fərqli olaraq, hüquqi cəhətdən toxunulmazdır. 

O, yaşayış icazəsi ilə bağlı qanunun bütün tələblərini yerinə yetirib- son dörd ildə ən azı 180 gün Ermənistanda yaşayıb. Bu, yüksək dövlət vəzifələrinə namizədlər üçün məcburi şərtdir.

Üstəlik, o fiqur kimi siyasi nöqteyi-nəzərdən cəlbedicidir, cəmiyyətdə yüksək etimada malikdir və korrupsiya qalmaqalları və quldurluq ittihamları ilə bağlı deyil”, - deyə nəşr yazır.

Qeyd edək ki, “Cebheinfo.az” olaraq, Karen Karapetyanın Nikol Paşinyana alternativ namizədlərdən biri kimi irəli sürülməsi ehtimalını iyulun 4-də yazmışdıq. 

Samvel Karapetyanın yaxın qohumu olan Karen Karapetyan da Rusiyanın siyasi layihəsidir.

“Qazprom” şirkətinin İdarə Heyətində təmsil olunan Karen Karapetyan Rusiya xüsusi xidmət orqanlarına bağlı fiqur sayılır.

Siyasətdən uzaq olan Samveldən fərqli olaraq, Karen 2010-2011 ci illərdə İrəvan şəhərinin meri olub, 2016-2018-ci illərdə isə hökumətə rəhbərlik edib. 3,6 milyard dollar sərvətə malik Samvel Karapetyan Karen Karapetyanın seçki kampaniyasını maliyyələşdirə bilər. Rusiyaya və Samvel Karapetyana bağlı olması sabiq baş nazirə kilsənin də dəstəyini almaqda kömək edə bilər. 

Xatırladaq ki, Karen Karapetyan Xankəndidə anadan olub və Qarabağda böyüyüb. O, Ermənistan cəmiyyətində nüfuzdan düşmüş Robert Köçəryandan və Serj Sarkisyandan fərqli olaraq “Qarabağ klanı”nı ətrafında birləşdirəcək cavan lider kimi xalqa təqdim edilə bilər. 

Çünki Rusiya bir-birinə qarşı döyüşən Köçəryan və Sarkisyanla Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyəcəyini yaxşı bilir. 

Lakin Karen Karapetyanın eks-prezident Serj Sarkisyanla yaxınlığı, Ermənistan Respublika Partiyasının üzvü olması onun siyasi karyerasına ciddi zərbə vura bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri