Rusiya səfiri: “Bakı ilə İrəvan arasında sülh müqaviləsi bütün narahatlıqları aradan qaldırmalıdır”
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır.
Demokrat.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin müsahibəsində bildirib.
O vurğulayıb: “Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün “acı dad” vermədən, bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq, SSRİ-nin dağılmasından sonra baş verən əvvəlki hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir.
Rusiya həmişə Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər arasında imzalanan üçtərəfli sazişlər toplusunun ruhuna və hərfinə uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarına yardım göstərməyə hazırdır.
Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflərin özü seçməlidirlər. Bu baxımdan oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmasların baş tutmasına və münasibətlərin normallaşması üzrə dialoqa faydalı təkan verdiyinə şadıq”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin müsahibəsində bildirib.
O vurğulayıb: “Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün “acı dad” vermədən, bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq, SSRİ-nin dağılmasından sonra baş verən əvvəlki hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir.
Rusiya həmişə Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər arasında imzalanan üçtərəfli sazişlər toplusunun ruhuna və hərfinə uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarına yardım göstərməyə hazırdır.
Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflərin özü seçməlidirlər. Bu baxımdan oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmasların baş tutmasına və münasibətlərin normallaşması üzrə dialoqa faydalı təkan verdiyinə şadıq”
Bu mövzuda digər xəbərlər:Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır
25 Noyabr 2024 06:17
İrəvan bu iddiaları aradan qaldırmalıdır Rəsmi Bakı
20 Sentyabr 2025 09:34
İrəvan və Bakı arasında sülh müqaviləsi... Arakçı
17 May 2025 17:13
Bakı və İrəvan arasında sülh müqaviləsi... Gülər
15 Dekabr 2024 18:01
Baxış sayı:106
Bu xəbər 25 Noyabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















