Rusiya səfiri Londonun ona krallıqdan sığınacaq istəməyi təklif etdiyini deyib
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə o, “Rossiya-1” telekanalının “60 dəqiqə” verilişinin efirində deyib.
“Burada da mənə vəzifəmi tərk edib Britaniyadan sığınacaq istəməyi təklif etdilər və burada da belə hiylələr oldu”, - deyə o bildirib. Verilişin aparıcısının məsələ ilə bağlı sualına cavab olaraq səfir əlavə edib ki, bu təkliflər ona açıq şəkildə verilib.
Kelin qeyd edib ki, Böyük Britaniyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, çünki britaniyalılar “Rusiya ilə qarşıdurmaya çox böyük sərmayə qoyurlar”. Onun fikrincə, indi mövqelərin dəyişdirilməsi Londonun səhv olduğunu etiraf etməsi deməkdir.
“Ona görə də indi burada əsas məqsəd yerlərdə münasibətlərin necə inkişaf etməsindən asılı olmayaraq, bizə strateji məğlubiyyət verməkdir. Bu sırf fürsətçi siyasəfin bir hissəsidir. Niyə belə olur, mən də başa düşürəm ki, niyə bu cür yola əl atırlar. Ümumiyyətlə, bundan üz döndərsələr, bu, son illərdə onların apardığı yanlış siyasəti etiraf etmək demək olacaq”, - deyə səfir qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 21 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















