Rusiya ŞƏT ölkələrini Əfqanıstanla münasibətləri bərpa etməyə çağırır
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya ŞƏT ölkələrinə Əfqanıstanla münasibətləri və müvafiq təmas qrupunun fəaliyyətini bərpa etməyi təklif edib. Bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirib.
Məlumatı “İnterfaks.ru” verib.
“Bizim fikrimizcə, müvafiq təmas qrupunun işini bərpa etməkdən başlayaraq, ŞƏT-in Əfqanıstanla əlaqələrini qurmaq barədə düşünməyin vaxtıdır”, - deyə Venediktov ŞƏT-ə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin görüşündə bildirib.
Onun sözlərinə görə, “ŞƏT-ə üzv dövlətlər Əfqanıstanda sülhün və inkişafın təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə verməlidir”.
RF Təhlükəsizlik Şurası katibinin müavini bildirib: “Əlbəttə, bu ölkənin münaqişədən sonra yenidən qurulması üçün tam məsuliyyəti və əsas yükü ABŞ başda olmaqla Qərb ölkələri daşımalıdır”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















