Icma.az
close
up
RU
Rusiya siyahı yaydı: Azərbaycan da ola bilər 5 ildən sonra…

Rusiya siyahı yaydı: Azərbaycan da ola bilər 5 ildən sonra…

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Rusiyada 2030-cu ilə qədər bir sıra peşələrin yoxa çıxması və ya kadr saylarının kəskin şəkildə azalması gözlənilir. Bu peşələr arasında zəng mərkəzinin operatoru, kassir, anbar işçisi, köhnəlmiş avadanlıqların təmiri üzrə mexanik, kənd təsərrüfatı sektorunun mütəxəssisləri, mühasib və jurnalist yer alır. Belə dəyişikliklər, xüsusən texnologiyanın inkişafı və avtomatlaşdırma proseslərinin güclənməsi ilə əlaqələndirilir.

Bu vəziyyət Azərbaycan üçün də keçərlidirmi? 2030-cu ilə qədər ölkəmizdə hansı peşələr yoxa çıxa bilər?

Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, kadr hazırlığı ilə peşə məktəbləri, orta ixtisas təhsil müəssisələri, kolleclər və ali təhsil müəssisələri məşğuldur:

“Hər il Nazirlər Kabineti həm peşə, həm də orta ixtisas təhsil müəssisələri üçün ali təhsil ixtisaslarının təsnifatını təsdiq edir. Əslində bu ixtisaslar üzrə kadr hazırlığı əmək bazarının tələblərinə uyğun şəkildə aparılmalıdır. Əmək bazarını öyrənmək üçün bütün ölkələrdə müəyyən qurumlar fəaliyyət göstərir. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı sərəncamda bu məqsədlə Elmlər Akademiyası nəzdində Elmi Tədqiqat İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində isə ayrıca bir institut yaradılması təklif edilib. Təəssüf ki, 2025-ci ilin yarısının keçməsinə baxmayaraq, bunlar hələ yaradılmayıb. Əmək bazarının ciddi öyrənilməməsi nəticəsində hansı ixtisasların yoxa çıxacağı və ya hansı yeni ixtisasların yaranacağı barədə dəqiq proqnoz verə bilmirik”.

Ekspert qeyd edib ki, bu dəyişikliklər texnologiyanın inkişafı ilə əlaqələndirilir:

“Azərbaycan üçün də bu hal keçərli ola bilər, çünki avtomatlaşdırma və rəqəmsal texnologiyalar bir çox ənənəvi peşələri sıradan çıxardıqca, yeni sahələr yaranacaq. Müasir dövrün çağırışlarına uyğun olaraq bəzi ixtisaslara, xüsusilə İKT və mühəndislik sahələrinə tələbat artır. Lakin aqrar sahədə çalışan mütəxəssislərə, habelə mühasiblərə olan ehtiyac həm keçmişdə, həm də gələcəkdə davam edəcək. Bununla yanaşı, konkret olaraq hansı peşələrin və ixtisasların əmək bazarından çıxacağı barədə dəqiq rəy vermək çətindir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 İyul 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri