Icma.az
close
up
RU
Rusiya siyahı yaydı: Azərbaycan da ola bilər 5 ildən sonra...

Rusiya siyahı yaydı: Azərbaycan da ola bilər 5 ildən sonra...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiyada 2030-cu ilə qədər bir sıra peşələrin yoxa çıxması və ya kadr saylarının kəskin şəkildə azalması gözlənilir. Bu peşələr arasında zəng mərkəzinin operatoru, kassir, anbar işçisi, köhnəlmiş avadanlıqların təmiri üzrə mexanik, kənd təsərrüfatı sektorunun mütəxəssisləri, mühasib və jurnalist yer alır. Belə dəyişikliklər, xüsusən texnologiyanın inkişafı və avtomatlaşdırma proseslərinin güclənməsi ilə əlaqələndirilir.

Bu vəziyyət Azərbaycan üçün də keçərlidirmi? 2030-cu ilə qədər ölkəmizdə hansı peşələr yoxa çıxa bilər?

Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, kadr hazırlığı ilə peşə məktəbləri, orta ixtisas təhsil müəssisələri, kolleclər və ali təhsil müəssisələri məşğuldur:

“Hər il Nazirlər Kabineti həm peşə, həm də orta ixtisas təhsil müəssisələri üçün ali təhsil ixtisaslarının təsnifatını təsdiq edir. Əslində bu ixtisaslar üzrə kadr hazırlığı əmək bazarının tələblərinə uyğun şəkildə aparılmalıdır. Əmək bazarını öyrənmək üçün bütün ölkələrdə müəyyən qurumlar fəaliyyət göstərir. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı sərəncamda bu məqsədlə Elmlər Akademiyası nəzdində Elmi Tədqiqat İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində isə ayrıca bir institut yaradılması təklif edilib. Təəssüf ki, 2025-ci ilin yarısının keçməsinə baxmayaraq, bunlar hələ yaradılmayıb. Əmək bazarının ciddi  öyrənilməməsi nəticəsində hansı ixtisasların yoxa çıxacağı və ya hansı yeni ixtisasların yaranacağı barədə dəqiq proqnoz verə bilmirik”.

Elşən Qafarov

Ekspert qeyd edib ki, bu dəyişikliklər texnologiyanın inkişafı ilə əlaqələndirilir:

“Azərbaycan üçün də bu hal keçərli ola bilər, çünki avtomatlaşdırma və rəqəmsal texnologiyalar bir çox ənənəvi peşələri sıradan çıxardıqca, yeni sahələr yaranacaq. Müasir dövrün çağırışlarına uyğun olaraq bəzi ixtisaslara, xüsusilə İKT və mühəndislik sahələrinə tələbat artır. Lakin aqrar sahədə çalışan mütəxəssislərə, habelə mühasiblərə olan ehtiyac həm keçmişdə, həm də gələcəkdə davam edəcək. Bununla yanaşı, konkret olaraq hansı peşələrin və ixtisasların əmək bazarından çıxacağı barədə dəqiq rəy vermək çətindir”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 İyul 2025 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri