Icma.az
close
up
RU
Rusiya son həmləsini etdi 10 noyabr sənədində o bənd

Rusiya son həmləsini etdi 10 noyabr sənədində o bənd

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva Zəngəzura nəzarətin ABŞ şirkətinə verilə biləcəyi ehtimalı ərəfəsində bu səlahiyyətin özünə aid olduğu köhnə sənədi yada salır; bu mürəkkəb düyün necə çözüləcək?

Cənubi Qafqaz regionu onun gələcək illər üçün gələcəyini müəyyən edə biləcək mühüm dəyişikliklər dövrünü yaşayır. Bu dəyişikliklərdə Türkiyə, Rusiya və İran fəal rol almağa çalışır. Avropa İttifaqı və Çin Xalq Respublikasının da burada öz strateji maraqları var. ABŞ da son aylar təsirini artırmaq niyyətindədir. 

Politoloq Fərhad Məmmədov hesab edir ki, region ölkələrinin yalnız iki yolu qalıb. Birincisi, böyük qonşuların və geosiyasi güc mərkəzlərinin əlində alətə çevrilməkdir ki, bu da təcrübədən göründüyü kimi müsbət nəticə vermir. İkincisi, bu qüvvələrin regionda konstruktiv siyasət yürütməsinə şərait yaradacaq ümumi xətt hazırlamaqdır.

Rusiya nə qədər emosiyasız görünməyə çalışsa da, Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki görüşünün təşkilinin arxasında Vaşinqtonun dayandığına eyhamlar vururlar. İddia budur ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın bölgədə əsas müttəfiqlərindən biri kimi Vaşinqtonun təlimatı əsasında Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edib. Bunu həm də onunla izah edirlər ki, görüşdən bir gün əvvəl dövlət katibi Marko Rubio Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı optimist fikirlər söyləyib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son açıqlamasında deyib ki, sülh sazişinin əsas istiqamətləri 10 noyabr üçtərəfli sazişlərində əksini tapıb. Nazir müavini deyib ki, razılaşma regionda kommunikasiyaların açılmasında və  sərhədlərin müəyyənləşməsində Rusiyanın iştirakının nəzərdə tutulduğunu xatırladıb. 

Bu yaxınlara qədər Moskva Avropa Birliyinin vasitəçiliyinə çox əsəbi reaksiya verirdi, indi isə Qaluzinin sözlərinə görə, Moskva Aİ ilə “vasitəçilik pastasını” bölüşməyə hazırdır.

Rusiyanın özünün uğurlu vasitəçilik səylərindən danışmaq daha çətindir. Yada salaq: sərhədlərin delimitasiyası ilə bağlı tərəflərə kömək edəcəyinə söz verən Moskva idi. Üstəlik, Kremlin hər mənada “kozırları” var idi - SSRİ Baş Qərargahının məhz həmin xəritələri, burada respublikaların sərhədləri ən böyük dəqiqliklə qeyd olunurdu. Lakin Moskva bu şansı əldən verdi - İrəvanın təşəbbüsü ilə onlar çox tez başa düşdülər ki, xəritələrlə delimitasiya edildiyi təqdirdə, sərhədyanı zonada əhəmiyyətli əraziləri Azərbaycana verməli olacaqlar.

Bir müddət Avropa İttifaqı delimitasiya məsələsində vasitəçi kimi çıxış etdi. Lakin sonra tərəflər birbaşa dialoqa başladılar və onun ilk mərhələsində Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı. Vasitəçilər, sadəcə olaraq, şanslarını əldən verdilər.

Qaluzinin 2020-ci ilin üçtərəfli bəyanatına müraciəti daha maraqlıdır. Təbii ki, Rusiya sülhməramlılarının regiondan çıxarıldığı bir vaxtda bu sənədin nə dərəcədə aktual olduğu mübahisəlidir. Lakin Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən quru əlaqəsi olan Zəngəzur dəhlizi ideyasını ilk dəfə məhz üçtərəfli bəyanatda əks olunurdu, Rusiya sərhədçiləri bu yolun təhlükəsizliyini təmin etməli idi. Amma Rusiya bu 5 ildə Zəngəzur dəhlizi məsələsində bir addım belə irəliləyə bilmədi.

İndi isə Rusiya XİN Zəngəzur dəhlizinə nəzarətin Moskvaya aid olduğu köhnə sənədi yada salır.

Hərbi təhlilçi Ramil Məmmədli üçtərəfli sənədin xüsusən 9-cu bəndinin yerinə yetirilmədiyi qənaətindədir. Onun sözlərinə görə, digər müddəalar Azərbaycan Ordusunun və diplomatiyasının gücünə demək olar ki, həyata keçirilib: “Əlbəttə, sərhədlərin dəqiqləşməsi də gecikir. Biz 5 ilə az iş görə bilmişik. Bu da Ermənistanın cığallığından irəli gəlir. Onun gah Avropa Birliyinin, gah Fransanın, gah da ABŞ-ın əlində oyuncağa çevrilməsi sərhəd problemini yubadıb. Rusiya da hesab edir ki, Qərb regiona müdaxilə etməsəydi, bu məsələlər həllini tapardı. Amma Moskva özü İrəvana nə qədər təzyiq göstərib ki?! Ermənistanı itirməmək üçün yumşaq davranıb. Nəticəsi də məlumdur - nə öz gücünə üçtərəfli sənədin bütün razılaşmaları yerinə yetirilib, nə də Qərb imkan verib. Ermənistan da ikili oyunu davam etdirib”.

R.Məmmədli hesab edir ki, 10 noyabr sənədinin icrası labüd olan ən mühüm bəndi blokadada qalan yollardır: “Rusiyanın əlində yeganə tutarlı fakt həmin sənədə istinaddır. Həqiqətən də Paşinyan qəbul edib ki, yola nəzarət Rusiya FTX-nin  nəzarətində olacaq. Sonra danıb ki, hər hansı nəzarət anlaşması olmayıb, sadəcə, təhlükəsizliyinə təminat razılaşdırılıb. Yaxşı, onda dəhliz açılsın və Rusiya koridoru qorusun. Bundan da imtina edilir. Ona görə Moskva qəzəblidir və hər dəfə sənədi yada salır. Fikrimcə, Rusiya indi Zəngəzura kontrol edə bilməz. Ermənistana buna imkan verməmək üçün ciddi siyasi himayə var. Azərbaycan isə bu məsələdə Türkiyə ilə həmfikirdir. Yəni dəhliz açılsın və yüklər daşınsın. Lakin hansı mexanizmdə olacağı bəlli deyil. Hər halda, son rəsmi bəyanata görə, ABŞ dəhlizi icarəyə götürməyə hazırdır. Okeanın o tayında olan dövlət Cənubi Qafqaza müdaxilə edir. Bu da Rusiyanı qəzəbləndirməyə bilməz”. R.Məmmədli bu mürəkkəb düyünün tezliklə çözülməsini gözləmir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə də o fikirdədir ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarəti ABŞ şirkətinə verməkdə maraqlıdır. Təhlilçiyə görə, Zəngəzurda üçüncü ölkənin olması Azərbaycanın maraqlarına uyğun deyil: “Azərbaycan və Ermənistan ikitərəfli şəkildə Zəngəzur dəhlizində təhlükəsizliyi təmin edə biləcək siyasi iradəyə malikdir. Amma ilk aylar neytral bir ölkə - məsələn, İsveçrənin təhlükəsizlik şirkəti bunu edə bilər. ABŞ isə beynəlxalq nəqliyyat yollarına nəzarət etməyə çalışır. Bir tərəfdən də Rusiya Zəngəzur dəhlizi istiqamətində İranla sərhəddə təhlükəsizliyi təmin etmək üçün hərbçilərini göndərə bilər. Məhz ABŞ Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında ona görə tez bir zamanda maraqlıdır ki, Zəngəzur dəhlizinə nəzarət etsin”.

Zəngəzur dəhlizinin Ermənistan ərazisi olduğunu xatırladan Əsədullazadənin fikrincə, Rusiya bu məsələdə Ermənistan hakimiyyətinə ciddi təzyiqlər edə bilər: “Rusiya Ermənistandakı 102-ci bazasına hərbçilər gətirir. Zəngəzur dəhlizinə nəzarət etmək uğrunda  geosiyasi rəqabət başlayır. Azərbaycan və Ermənistan isə Zəngəzur dəhlizini ikitərəfli şəkildə, yəni üçüncü ölkə olmadan aça bilər”.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrakın Zəngəzur dəhlizinə nəzarətin Vaşinqton tərəfindən həyata keçirilməsinə dair təklifi qəbuledilməzdir. Baqdasaryanın sözlərinə görə, Ermənistan regionda kommunikasiya xətlərinin açılması məsələsini yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və yuridiksiyası çərçivəsində müzakirə edir. “Ermənistan heç vaxt öz suveren ərazisi üzərində nəzarətin üçüncü tərəfə verilməsini müzakirə etməyib və etmir”, - deyə o bildirib. //Musavat.com//

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri