Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Hüquqi normativ iyerarxiyanın ali mərhələsi və suverenlik

Hüquqi normativ iyerarxiyanın ali mərhələsi və suverenlik

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Cari ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin formalaşma mərhələlərinin elmi-siyasi baxımdan dəyərləndirilməsi üçün geniş imkan yaradır. Bu təşəbbüs dövlətçilik ənənələrinin qorunması, suverenlik konsepsiyasının dərinləşdirilməsi və milli kimlik ideyasının möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır.

Əvvəla, 2025-ci ildə qeyd ediləcək iki mühüm tarixi hadisə – Konstitusiyanın qəbulunun 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü – Azərbaycan cəmiyyətində siyasi və hüquqi mədəniyyətin inkişafının təməl göstəriciləridir. Konstitusiya hər bir müstəqil dövlətin “yol xəritəsi” olmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyətinin bünövrəsini müəyyən edir. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası isə ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirən, siyasi sistemin legitimliyini təsdiqləyən fundamental aktdır. Bu sənədin 30 illik tarixi göstərir ki, Azərbaycan dövlətçiliyi dinamik inkişaf etmiş, həm siyasi institutların formalaşması, həm də milli maraqların müdafiəsi baxımından mühüm nəticələr əldə olunmuşdur.

Digər tərəfdən, 2020-ci ildə xalqımızın Vətən müharibəsində qazandığı tarixi qələbə suverenliyin hüquqi və siyasi, həm də praktiki müstəvidə bərpa olunmasını təmin etdi. Suverenliyin qorunması dövlətin ərazi bütövlüyü və milli iradəsinin təsdiqi ilə bilavasitə bağlıdır. Bu mənada “Konstitusiya və Suverenlik İli” həm hüquqi dövlətin möhkəmlənməsi, həm də milli suverenliyin real zəmin üzərində bərqərar olması arasında üzvi bağlılığı nümayiş etdirir. Azərbaycan xalqı bu tarixi mərhələyə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun davamı, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində nail olmuşdur.

Elmi-siyasi baxımdan bu qərarın əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycan dövlətçiliyinin inkişaf trayektoriyasını üç əsas xətt üzrə dəyərləndirməyə imkan verir: Hüquqi əsasların möhkəmləndirilməsi, yəni Konstitusiya ilə müəyyən olunan prinsiplərin qorunması və daim yenilənən çağırışlara uyğun təkmilləşdirilməsi, dövlətin beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığının bərpası və gücləndirilməsi, xalqın siyasi şüurunda müstəqilliyin əvəzolunmaz dəyər kimi möhkəmlənməsi.

Azərbaycan Konstitusiyası müstəqilliyini yenidən bərpa etmiş dövlətin hüquqi-siyasi çərçivəsini müəyyənləşdirərək, xalqın çoxəsrlik dövlətçilik ənənələrinə əsaslandı. Ənənələrin bu sənəddə ifadəsini tapması təsadüfi deyildi: Azərbaycan Xalq Cümhuriyyətinin iki il ərzində formalaşdırdığı zəngin dövlət quruculuğu təcrübəsi və respublika ideyası yeni müstəqillik dövründə müasir siyasi sistemin təməl daşına çevrildi. Bununla yanaşı, ötən əsrin 60–70-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi və institusional baza, hüquqi dövlət quruculuğu prosesinə etibarlı dayaq oldu. Konstitusiyanın qəbul olunması ümumxalq səsverməsi – referendum yolu ilə həyata keçirildi ki, bu da sənədin xalqın birbaşa iradəsinə söykəndiyini göstərir. Ulu öndər bu barədə demişdir: “Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”; “Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!”.

Hüquq nəzəriyyəsində xüsusi olaraq vurğulanır ki, konstitusiyaların giriş hissəsi, yəni preambula, həmin dövlətin tarixi yaddaşını və gələcək yol xəritəsini ifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında xalqın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqliyi, müstəqil və demokratik dövlət qurmaq əzmi, vətəndaş cəmiyyətini inkişaf etdirmək niyyəti açıq şəkildə ifadə olunmuşdur. Bu, həm də milli birliyi, ortaq kimliyi və ümumi ali məqsədləri cəmiyyət miqyasında legitimləşdirən ideoloji çərçivə rolunu oynayır.

Azərbaycan Respublikasının Konstitusiyası hüquq sistemində ali qüvvəyə malikdir. Əsas Qanunun 147-ci maddəsi qanunvericilik, icra və digər normativ aktların məhz Konstitusiyaya uyğunluğunu tələb edir. Bu prinsip hüquqi sabitliyin qorunması, dövlət idarəçiliyində normativ iyerarxiyanın təmin edilməsi və hüquqi harmoniyanın saxlanılması baxımından fundamental əhəmiyyət daşıyır.

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində əldə edilən nailiyyətlər dövlətin inkişaf trayektoriyasının mühüm göstəricilərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar Konstitusiyanın prinsiplərinin dərinləşdirilməsinə, hüquqi sabitliyin möhkəmləndirilməsinə və vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminatın yaradılmasına xidmət edir.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduğu gündən dəyişən dövrün tələblərinə uyğunlaşdırılmışdır. İlk olaraq 2002-ci il avqustun 24-də keçirilən referendum nəticəsində 24 maddəyə, 2009-cu il martın 18-də isə 25 maddəyə edilən əlavə və dəyişikliklərlə reallaşdırıldı. Bu islahatlar əsasən dövlətin sosial-iqtisadi bazasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi və idarəetmədə çevikliyin artırılması məqsədini daşıyırdı.

2016-cı il sentyabrın 26-da keçirilmiş referendum isə dövlət quruculuğu tarixində mühüm mərhələ oldu. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər ali dövlət hakimiyyəti orqanlarının, məhkəmə sisteminin və bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmişdi. Bu dəyişikliklər nəticəsində idarəetmə strukturlarının funksional imkanları genişləndi, insan hüquq və azadlıqlarının təminat mexanizmləri daha da gücləndirildi. Beləliklə, Əsas Qanun müasir çağırışlara cavab verən və davamlı inkişafı təmin edən hüquqi çərçivəyə çevrildi.

Suverenliyimizin ən böyük təminatlarından olan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər təkcə hərbi-siyasi qələbə kimi deyil, həm də suverenlik və konstitusiya prinsiplərinin tam bərpası kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda dövlət suverenliyinin bərqərar olunmasına, Əsas Qanunun hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin edilməsinə nail oldu. Bu, həm hüquqi, həm də ideoloji baxımdan suveren dövlət anlayışının möhkəmlənməsi demək idi. Bu barədə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd edilir: “Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Hər xalqın tarixi yaddaşında dövlətçilik ənənələri onun siyasi kimliyinin və milli özünüdərkinin əsas sütunlarından birini təşkil edir. Öz taleyini yazmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək milli varlığın ən yüksək təzahür formasıdır. Azərbaycan xalqı üçün bu prinsip yalnız siyasi müstəvidə deyil, həm də tarixi-fəlsəfi anlamda strateji dəyər kəsb edir.

Tarixin müxtəlif mərhələlərində ölkəmiz işğallara, yadelli təsirlərə, siyasi təzyiqlərə və iqtisadi məhrumiyyətlərə məruz qalsa da, heç bir qüvvə xalqımızın müstəqillik iradəsini və dövlətçilik ənənələrinə sadiqliyini məhv edə bilməmişdir. Bu məqam, əslində, siyasi elmdə “xalq iradəsinin davamlılığı” (continuity of popular sovereignty) kimi dəyərləndirilir.

Dövlətçilik tariximiz göstərir ki, xalqın azadlıq iradəsi hərbi-siyasi güclə tamamlanmadıqca davamlılıq qazana bilməz. Bu baxımdan, Azərbaycanın müasir dövründə əldə etdiyi ərazi bütövlüyü, suverenliyin tam bərpası yalnız diplomatik uğur deyil, həm də milli mübarizənin hərbi-siyasi zirvəsidir.

Müstəqil Azərbaycan dövləti bu gün regionun geosiyasi arxitekturasında mühüm aktordur. Ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq müstəvidə artan nüfuz qazanan Azərbaycan xalqı öz milli sərvətini dövlət müstəqilliyini strateji şəkildə qorumağa və inkişaf etdirməyə davam edir. Bu proses milli kimliyin möhkəmləndirilməsi, dövlətçilik fəlsəfəsinin dərinləşməsi kimi qiymətləndirilməlidir.

Maarif HÜSEYNOV,
Tovuz rayon prokuroru, baş ədliyyə müşaviri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see233

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see161

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see156

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see149

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see140

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see139

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see139

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see137

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see134

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see133

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see130

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see130

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see130

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see128

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see128

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri