Icma.az
close
up
RU
“RUSİYA SSRİ nin TALEYİNİ TƏKRARLAYIR” “Kreml mediasının İlham Əlievin çıxışına reaksiyası göstərdi ki...”

“RUSİYA SSRİ nin TALEYİNİ TƏKRARLAYIR” “Kreml mediasının İlham Əlievin çıxışına reaksiyası göstərdi ki...”

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

ABŞ-də yaşayan tanınmış azərbaycanlı politoloq Ramiz Yunus öz sosial şəbəkə səhifəsində Rusiyanın işğalçılıq siyasəti və bunun gətirə biləcəyi nəticələr barədə maraqlı təhlil paylaşıb.

Hurriyyet.az xəbər verir ki, politoloq Rusiyanın da keçmiş SSRİ-nin taleyini yaşamağa yaxın olduğunu proqnozlaşdırıb: “Qərb fəlsəfəsinin banilərindən sayılan məşhur alman filosofu Hegel bir dəfə demişdi: “Bu və ya digər hadisə iki dəfə təkrarlananda o, tarixi qanunauyğunluğa çevrilir”.

Bu sözlər müasir Rusiyaya da aiddir. Hansı ki, Ukraynaya qarşı genişmiqyaslı təcavüzdən sonra, bilərəkdən, yaxud bilmədən 1979-cu ildə Əfqanıstana təcavüzü ilə süqutu başlayan Sovet İttifaqının taleyini təkrarlayır. SSRİ-nin Brejnev “durğunluğu” dövründəki yaxın tarixindən xatırladığımız kimi, Kremlin bu avantürası yenidənqurmaya, 1989-cu ildə qoşunların Əfqanıstandan çıxarılmasına səbəb oldu ki, bundan da sonra Reyqan və Tetçerin “şər imperiyası” adlandırdığı SSRİ 1991-ci ildə sadəcə, dağıldı.

Tarixdən də məlumdur ki, istənilən imperiyanın süqutu həm imperiya daxilində, həm də onun sərhədlərinin perimetri boyu böyük kataklizmlərlə müşayiət olunur. Təəccüblü deyil ki, Rusiyanın postsovet məkanındakı bütün qonşuları Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı mental olaraq dəstəkləyirlər, çünki onların öz taleyi təhlükə altındadır.

Kreml yönümlü medianın bu yaxınlarda Şuşada keçirilən 3-cü Qlobal Media Forumuna və Azərbaycan Prezidentinin “işğala heç vaxt dözmək olmaz” bəyanatına ağrılı reaksiyası isə mahiyyətcə Brejnev dövründəki “Vremya” proqramını xatırladan müasir Rusiyanın informasiya metastazlarının təzahüründən başqa bir şey deyil. Onu da xatırladım ki, Sovet İttifaqının süqutu ləng olub və dünyanın nüvə dövlətində xaosun yavaş və idarə olunan olmasına inanan Qərbin nəzarəti altında baş verib. Nəzərə alsaq ki, müasir Rusiyanın resurs bazası SSRİ-dən dəfələrlə zəifdir, müasir Qərb isə Sovet İttifaqı ilə qarşıdurma dövründəkindən qat-qat güclüdür, Kremllə Qərbin hazırkı qarşıdurmasının necə bitəcəyini təxmin etmək asandır.

Təəssüflər olsun ki, bir vaxtlar Əfqanıstan olduğu kimi, indi də bu ölümcül və qanlı döyüş üçün platsdarm kimi Ukrayna seçilib. Göründüyü kimi, ABŞ çətiri altında uzun yuxudan oyanan Avropa artıq hərəkətə başlayıb. ABŞ və Avropa artıq strateji razılaşma da əldə ediblər. Çox şey həm də ABŞ və Çinin nə qədər tez və necə razılığa gəlməsindən asılı olacaq. Nikson, Kissincer və Den Siao Pin bunu 70-ci illərdə bir dəfə bacardılar və Tayvanı sövdələşmə vasitəsi kimi istifadə etdilər. Bəs indi ABŞ Çinə elə bir təklif verə biləcəkmi ki, Çin ondan imtina edə bilməsin? Bunu yaxın gələcək göstərəcək. Hələlik isə təəssüf ki, Rusiya-Ukrayna cəbhəsində müharibə davam edəcək, çünki gücə qarşı yalnız güc lazımdır. Çünki müasir dünyada gücün hüququ işləyir, hüququn gücü isə artıq işləmir.

Ona görə də Ukraynanın və onun qəhrəman xalqının geri çəkilməyə yeri yoxdur, çünki bu gün orada yeni dünya düzəninin taleyi həll olunur. Uinston Çörçilin dediyi kimi: "Əgər cəhənnəmin içindən keçirsənsə, dayanma!".

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Avqust 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri