“Rusiya sülhə can atmır”
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Avropa İttifaqı (Aİ) Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ciddədə aparılan danışıqların nəticələrini və atəşkəs təklifini alqışlayır, lakin Rusiya tərəfində həqiqi sülhə nail olmaq istəyini görmür”.
Missiya.Az xəbər verir ki, bunu Brüsseldə Aİ xarici işlər nazirləri şurasının iclası başlamazdan əvvəl Aİ-nin xarici təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
"Bu gün müzakirə edəcəyimiz müxtəlif mövzular var. Əvvəlcə Ukrayna haqqında danışacağıq. Biz danışıqlar nəticəsində Ciddədə əldə olunmuş razılaşmaları həqiqətən alqışlayırıq. Topun indi Rusiyanın meydanında olduğunu, həm də onların irəli sürdükləri şərtləri görürük”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, rusların danışdıqları şərtlər əslində onların sülh istəmədiklərini nümayiş etdirir:
"Çünki onlar bu müharibədən əldə etmək istədikləri bütün əsas məqsədləri ilkin şərt kimi irəli sürürlər", - deyə Kallas əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















