Rusiya Suriya müxalifəti ilə ilk dəfə təmas qurub Nəyi müzakirə ediblər? AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriyada Baas rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə təmas qurub.
“AzPolitika” xəbər verir ki, bu barədə M. Boqdanov jurnalsitlərə açıqlamasında bildirib.
Suriyada Baas rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə saxladıqlarını bildirən Boqdanov, "Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə bir oteldə əlaqə qurulub. Diplomatik missiyanın nümayəndələri ilə görüşürlər. Səfirliyimiz də onlarla görüşüb”,-deyə bildirib.
Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu bildirən Boqdanov, təmasların müsbət istiqamətdə irəlilədiyini və verilən vədlərin yerinə yetiriləcəyinə ümid bəslədiklərini bildirib.
Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunan Boqdanov, “Bazalar Suriya ərazisində qalır. Hələlik bu mövzuda başqa bir qərar verilməyib. Bu bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib. Məqsədimiz bu idi. Terrorçulara və DEAŞ-a qarşı mübarizə aparmaq üçün hər kəs terrora qarşı mübarizə aparır”,-deyə qeyd edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















