Rusiya Suriyada “Həyət Təhrir əşŞam”la əlaqə yaradıb
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya “Həyət Təhrir əş-Şam”ın siyasi komitəsi ilə əlaqə qurub.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
Qeyd olunur ki, qruplaşma faktiki olaraq Suriyada ölkə prezidenti Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gəlib.
Hazırda komitə üzvləri Dəməşqdə otellərin birində işləyirlər. Orada Rusiyanın Suriyadakı səfirliyinin nümayəndələri ilə də görüş keçiriblər.
Boqdanovun sözlərinə görə, görüş zamanı diplomatik nümayəndəliyin və ölkədə olan Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə baxılıb.
Rusiya xarici işlər nazirinin müavini ölkədəki vəziyyətə cavabdeh olan qüvvələrin verdiyi bütün vədlərin yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.
Baxış sayı:148
Bu xəbər 12 Dekabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















