ABŞ da aralıq seçkilərin nəticələri dünya bazarlarında narahatlıq yaradıb
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-da Konqresə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsi dünya maliyyə bazarlarına təsir edib.
Sherg.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, çərşənbə günü fond indeksləri geriləyib, dolların məzənnəsi zəifləyib.
İnvestorlar demokratların uğurunun süni intellekt sahəsində məlumat mərkəzlərinin tikintisini ləngidə və texnologiya şirkətlərinin xərclərini azaltmasına səbəb ola biləcəyindən narahatdırlar.
İlk növbədə süni intellektlə əlaqəli şirkətlərin səhmlərinin kütləvi satışı başlayıb. S&P 500 fyuçersləri 0,6%, Nasdaq fyuçersləri isə 2%-dən çox ucuzlaşıb. Sonradan itkilərin bir hissəsi bərpa olunsa da, Nasdaq 0,8% geriləmədə qalıb. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,906%-ə düşüb, dollar kəskin zəifləyib. Avropa fyuçersləri 1,4% ucuzlaşıb. Asiyada isə “Samsung”, “SK Hynix” və TSMC kimi çip istehsalçılarının səhmləri təzyiq altında qalıb. Yaponiyanın “Nikkei” indeksi isə son beş ayın minimumuna enərək 3% geriləyib.
“TD Securities” şirkətinin nümayəndəsi Praşant Nyunahanın fikrincə, demokratların bütün istiqamətlərdə qələbəsi texnologiya və süni intellekt şirkətlərinə tənzimləyici nəzarətin güclənməsi, eləcə də siyasi dalana dirənmə ehtimalını artırır.
Qeyd edək ki, seçkilərin nəticələri ABŞ Prezidenti Donald Tramp və Respublikaçılar Partiyası üçün ciddi zərbə kimi qiymətləndirilir. Demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə ediblər. Onların uzun illər mühafizəkarların üstünlük təşkil etdiyi dairələrdə də qələbə qazanması investorlar üçün gözlənilməz olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 04 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















