Icma.az
close
up
RU
Rusiya tankları Praqa və Macarıstana girəndə, o zaman təhlükənin nə qədər ciddi olduğunu anlayacaqlar

Rusiya tankları Praqa və Macarıstana girəndə, o zaman təhlükənin nə qədər ciddi olduğunu anlayacaqlar

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Avropa İttifaqında və digər Avropa dövlətlərində sağ-ifratçı qüvvələr Ukraynanın həm NATO-ya, həm də Avropa İttifaqına qəbul edilməsini istəmirlər. Hətta bu qüvvələr Rusiyanın Ukraynanı işğal etməsinə haqq qazandırmağa çalışır, amma bu yanaşmanın Avropanın təhlükəsizliyinə ciddi təhdid olacağını anlamaq istəmirlər. Onlar görünür ki, Ukrayna ilə bağlı yaşananları uzaq və özlərinə təsir etməyən bir məsələ olaraq qəbul edirlər. Lakin əslində, Rusiya Ukraynanı işğal etsə, bu, Avropanın ümumi təhlükəsizliyini ciddi şəkildə təhdid edəcəkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi. Onun sözlərinə görə, Avropa ölkələri və Avropa İttifaqı, bu sağ-ifratçı qüvvələrin mövqeyinə qarşı, Ukraynanın yanında olduqlarını və real, praqmatik siyasət yürütməyə davam etdiklərini göstərirlər:

"Bu sağ-ifratçı qüvvələr, uzun illərdir rifah içində yaşayır və onların hesabına müharibə və təhlükələr uzaqda görünür. Onlar düşünürlər ki, Rusiya-Ukrayna müharibəsi onların müharibəsi deyil, amma bir gün bu təhlükə Avropa qapılarına çatdıqda, məsələn, Rusiyanın tankları Praqa və Macarıstana girməyə başladığında, o zaman təhlükənin nə qədər ciddi olduğunu anlayacaqlar. Ukrayna Prezidenti Volodimir Zelenskini ittiham edən və Ukraynanın NATO-ya qəbulunu əngəlləyən qüvvələr artıq Berlin görüşlərində Ukraynanın təhlükəsizlik mexanizmini müzakirə ediblər. Bu mexanizm NATO-nun beşinci maddəsini də əhatə edən, Ukraynanın təhlükəsizliyini təmin etməyə yönəlmiş bir planı təsdiqləyir. ABŞ Konqresində də bu mexanizm təsdiqlənəcək və Avropa dövlətləri də öz prosedurlarını hazırlayır".

Siyasi şərhçi qeyd etdi ki, Ukrayna NATO-ya üzv olmasa da, təhlükəsizliyini təmin edəcək mexanizmlər üzərində iş gedir.

"Avropa İttifaqı isə NATO-dan fərqli olaraq, hərbi bir qurum deyil, siyasi və iqtisadi bir birlikdir. Sağ-ifratçı qüvvələrin Avropa İttifaqı məsələsinə qarşı çıxması, Avropada millətçi tendensiyaların artmasına işarə edir. Millətçi qüvvələrin hakimiyyətdə olması isə, yeni müharibələrin yaranmasına səbəb ola bilər. Bu səbəbdən Ukrayna NATO-dan imtina etsə də, Avropa İttifaqından imtina etməyəcək, çünki bu, həm Ukraynanın, həm də Avropa dövlətlərinin maraqlarına uyğun gəlir. Avropa dövlətləri də Ukraynanın Avropa İttifaqına daxil olmasını istəyirlər və bu, onlar üçün strateji və siyasi əhəmiyyət daşıyır", - deyə M.Əsədullazadə vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see201

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see184

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri