Rusiya Türkiyə və Azərbaycan sərhədlərinə... Mirzoyan
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Rusiya ilə münasibətlərinin hüquqi, iqtisadi və siyasi baxımdan strateji tərəfdaşlıq səviyyəsindən daha üstün olduğunu və tərəflərin müdafiə sahəsində də müttəfiqlik öhdəliklərinə sahib olduğunu bildirib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri İctimai Televiziyanın efirində verdiyi müsahibədə məlumat verib.
Nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakın bərpa olunması imkanlarına toxunaraq qeyd edib:
"Bizim KTMT-dəki üzvlüyümüzü hər hansı formada buzdan çıxaracağımızla bağlı bir perspektiv görmürəm. Lakin Rusiya ilə müdafiə sahəsində də bizi müttəfiq edən ikitərəfli müqavilələrimiz və öhdəliklərimiz mövcuddur".
A.Mirzoyan Ermənistan üçün Şərq-Qərb nəqliyyat dəhlizində əsas həlqəyə çevrilmək imkanının yarandığını bildirib. O əlavə edib ki, mövcud dəmir yolu şəbəkəsinin Rusiyanın idarəçiliyində olması bəzi tərəfdaşlar üçün narahatlıq yaradır və bu vəziyyət tarixi imkanın əldən verilməsi riski daşıyır.
XİN rəhbərinin sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yolu xətlərinin bərpası detallarını müzakirə etməyə hazırdır. Moskva 2-3 gün əvvəl İrəvana "Cənubi Qafqaz Dəmir Yolları" vasitəsilə Arazdəyən-Naxçıvan və Axurik-Türkiyə sərhəd hissələrinin bərpasına, habelə maliyyələşmə şərtlərinə dair dialoqa hazır olduğu barədə siqnal verib.
Türkiyə ilə münasibətlərə də toxunan A.Mirzoyan sərhədlərin açılmasının zamanın tələbi olduğunu vurğulayıb. Nazir Qarsda baş tutan uğurlu biznes-forumdan sonra türkiyəli tərəfdaşların təklifi ilə növbəti analoji tədbirin oktyabr ayında Ermənistanda keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 01 Sentyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















