Icma.az
close
up
RU
Mirzoyan: Türkiyə bizimlə danışıqlarda Azərbaycan faktorunu nəzərə alır

Mirzoyan: Türkiyə bizimlə danışıqlarda Azərbaycan faktorunu nəzərə alır

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 12-də türkiyəli həmkarı Hakan Fidanla Antalyada keçirdiyi görüşün bəzi təfərrüatlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Mirzoyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı artıq bir sıra yerinə yetirilən anlaşmaların olduğunu, bəzilərinin isə hələ də yerinə yetirilmədiyini bildirib.

“Məsələn, hava məkanından istifadə məsələsini mahiyyətcə həllini tapmış hesab edirik. Birlikdə Marqara-Əlican sərhəd infrastrukturunun vəziyyətini nəzərdən keçirdik. Erməni tərəfi sərhəddə infrastrukturun modernləşdirilməsi istiqamətində iş aparıb”, - nazir deyib.

Onun sözlərinə görə, Gümrü-Qars dəmir yolu və digər infrastruktur obyektlərinin vəziyyəti ilə bağlı birgə araşdırmalar fəal şəkildə aparılır. Bu günlərdə sərhəddəki Ani körpüsündə aparılan bərpa işləri çərçivəsində müxtəlif qurumların mütəxəssisləri bir araya gəlib.

Ermənistan XİN rəhbəri reallaşdırılmamış razılaşmalara, xüsusən də üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədlərin açılması məsələsinə toxunub:

“Bu bir prosesdir, bəzi şeylər sürətlə gedir, bəziləri ləng. Amma ümumi anlaşma var, dialoq münasibətlərin tam normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması ilə bağlıdır”.

Mirzoyan bildirib ki, hər iki tərəfin təkcə minimal münasibətlərin qurulması üçün yox, həm də ticarət əməkdaşlığı, tranzit imkanlarının həyata keçirilməsi və birgə enerji layihələri üçün potensial görməsi xüsusilə vacibdir:

“Beynəlxalq siyasətin bəzi məsələlərində mövqelərimiz göründüyü qədər də uzaq deyil. Əksinə, bəzən kifayət qədər yaxın olur”.

Erməni nazir bu kontekstdə Yaxın Şərq gündəminin bəzi aspektlərini misal çəkib.

Ermənistan-Azərbaycan münasibətlərinin Türkiyə ilə danışıqlara təsiri ilə bağlı sualı cavablandıran Mirzoyan etiraf edib ki, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi Türkiyə ilə təmasların tərkib hissəsidir:

“Deyə bilərəm ki, Ermənistan-Türkiyə dialoqu kontekstində Türkiyə tərəfi Ermənistan-Azərbaycan münasibətlərinə görə razılaşmaların icra sürətinə müəyyən məhdudiyyətlər qoyur”.

Bəzi fərqliliklərə baxmayaraq, Mirzoyan Türkiyənin regionda normallaşma prosesinə faydalı, əlverişli təsir göstərməyə hazır olduğunu vurğulayıb./teleqraf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Aprel 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri