Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Rusiya Türkiyədən narazıdır, ABŞ isə yeni qapı açır Hüsamettin İnaç

Rusiya Türkiyədən narazıdır, ABŞ isə yeni qapı açır Hüsamettin İnaç

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın son günlər Türkiyə ilə bağlı verdiyi açıqlamalar Ankara-Vaşinqton münasibətlərinin gələcək istiqaməti barədə yeni müzakirələrə səbəb olub. 

Həmçinin Tramp Türkiyəni "möhtəşəm müttəfiq" adlandıraraq, Vaşinqtonun Ankaraya hansı silahları satacağına heç kimin müdaxilə edə bilməyəcəyini bildirib.

Tramp jurnalistlərə açıqlamasında Türkiyənin güclü orduya malik olduğunu vurğulayıb və Prezident Rəcəb Tayyib Ərdoğanı dostu adlandırıb.

"Türkiyə möhtəşəm müttəfiqdir. Heç kim mənə kimə nə satmalı və ya satmamalı olduğumuzu deyə bilməz", - deyə ABŞ prezidenti bildirib.

Bununla da xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq, "CAATSA" sanksiyalarının taleyi, Türkiyənin F-35 proqramına mümkün qayıdışı və S-400 məsələsi yenidən gündəmin əsas mövzuları sırasındadır

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a bildirib ki, bu proses təkcə iki ölkə arasındakı münasibətləri deyil, həm də NATO daxilində qüvvələr balansını, Yaxın Şərq və Qara dəniz regionundakı geosiyasi vəziyyəti də əhəmiyyətli dərəcədə təsir edə bilər:

"Xüsusilə Trampın etdiyi açıqlamalar çox önəmlidir. Həm dünən Miçiqanda avtomobil zavodunun açılışında etdiyi çıxış, həm də 28 iyul 2026-cı il tarixində Ankarada keçirilən NATO Zirvəsi öncəsi verdiyi açıqlamalar bu məsələ baxımından olduqca böyük əhəmiyyət daşıyır.

ABŞ Prezidenti Tramp beynəlxalq ictimaiyyət qarşısında Türkiyəyə üç mühüm vəd verdi. Bunlardan biri KAAN təyyarələrimizdə istifadə edəcəyimiz F-110 reaktiv mühərriklərinin Türkiyəyə verilməsidir.

Bu məsələ xüsusilə Konqresdən keçdi. Çünki 15 günlük bildiriş müddətindən sonra heç bir etiraz gəlmədiyi üçün artıq burada problem qalmadı. 80 ədəd mühərrikin Türkiyəyə veriləcəyi artıq dəqiqləşmiş oldu.

Bu da bizim 40 ədəd KAAN təyyarəmizin qısa müddətdə səmaya qalxması, Silahlı Qüvvələrin inventarına daxil olması deməkdir. Bu da olduqca önəmlidir". 

Analitik Trampın daha iki mühüm vəfindən də danışıb: 

"Bunlardan biri "CAATSA" adlandırılan, Amerikanın rəqiblərinə tətbiq etdiyi sanksiyaların ləğv edilməsidir. Burada söhbət Türkiyənin 2018-ci ildə Rusiyadan S-400 almaq məcburiyyətində qaldığı üçün ona tətbiq edilən sanksiyalardan gedir. Məhz həmin sanksiyalar nəticəsində Türkiyə, yaradıldığı gündən etibarən iştirakçısı olduğu F-35 proqramından çıxarılmaq məcburiyyətində qaldı.

Burada çox ciddi problemlər var. Xüsusilə CAATSA məsələsində Türkiyəyə tətbiq olunan embarqonun aradan qaldırılması üçün Amerikanın müdafiə qanunvericiliyində ciddi dəyişiklik edilməlidir. Çünki Amerika qanunları burada üç mühüm şərt irəli sürür.

Birincisi, S-400 hava hücumundan müdafiə sistemlərinin "inactive", yəni qeyri-aktiv vəziyyətə gətirilməsidir. İkincisi, onların ölkə ərazisindən çıxarılmasıdır. Üçüncüsü isə bundan sonra Rusiya ilə buna bənzər yeni bir razılaşmaya girilməyəcəyinə dair öhdəlik götürülməsidir.

Burada S-400-ləri qeyri-aktiv vəziyyətə gətirmək asandır. Bundan sonra Rusiya ilə belə bir alış-verişin olmayacağı da öhdəlik kimi verilə bilər".

Politoloqun sözlərinə görə çətin məsələ S-400-lərin ölkədən çıxarılmasıdır:

"Bu məsələdə ya Amerika qanunları dəyişməlidir, ya da Türkiyə əlindəki S-400-ləri üçüncü bir ölkəyə satmalıdır.

Burada xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Qətərin adı çəkilir. Lakin bunun üçün Rusiyanın razılığı tələb olunur.

Hazırkı vəziyyətdə isə görünən odur ki, Rusiya bu razılığı asanlıqla verməyəcək. Çünki Ukrayna müharibəsi başladığı gündən etibarən aktiv neytrallıq siyasəti yürüdən Türkiyə son dövrlərdə, xüsusilə NATO Zirvəsindən sonra Ukraynaya, eləcə də Ukraynanın arxasında duran NATO və Avropa müttəfiqlərinə daha çox yaxınlaşıb.

Xüsusilə Qara dəniz təhlükəsizliyinin təmin edilməsi çərçivəsində İstanbulda yaradılan NATO donanması Rusiyanı ciddi şəkildə narahat edir. Son dövrlərdə Türkiyənin Ukraynaya silah satması və Ukraynada mühərrik istehsalı həyata keçirməsi də Rusiyanı narahat edən amillərdəndir.

Nəticə etibarilə Rusiya buna reaksiya olaraq Türkiyədən meyvə-tərəvəz idxalını əhəmiyyətli dərəcədə azaltdı. Onsuz da Rusiyanın ən çox istifadə etdiyi vasitələrdən biri məhz budur.

Bu isə o deməkdir ki, Rusiya hazırda Türkiyədən narazıdır". 

H.İnaç digər tərəfdən Türkiyənin əslində Rusiya üçün nəfəs borusu rolunu oynadığını vurğulayıb:

"Demək olar ki, bütün dünya Rusiyaya sanksiya tətbiq etdiyi halda, Türkiyə ona heç bir sanksiya tətbiq etmədi. Hava, dəniz və quru yolları baxımından Türkiyə Rusiyaya açıqdır.

Əgər bir Rusiya vətəndaşı istirahət etmək və ya ölkədən çıxmaq istəyirsə, bunu əsasən Türkiyə üzərindən həyata keçirir. Buna görə də Rusiyanın bu mərhələdə ata biləcəyi addımlar olduqca məhdud görünür.

Burada, əlbəttə ki, bütün bunlar həll olunsa belə, Konqresin Türkiyənin F-35 proqramına qayıdışına asanlıqla razılıq verməsi elə də mümkün görünmür. Çünki burada İsrail amili ön plana çıxır və İsrail hava üstünlüyünü qorumaq üçün Amerikaya ciddi təzyiq göstərir.

Yəni İsrail Yaxın Şərqdə yeganə hegemon güc olmaq istəyir. Bunun yolunun hava üstünlüyünü qorumaqdan keçdiyini düşünür.

Əgər Türkiyəyə F-35-lər verilərsə, həmçinin 70 modernizasiya dəsti və Block 70 F-16 təyyarələri təqdim olunarsa, İsrail Türkiyənin hava üstünlüyünü ələ keçirəcəyindən ehtiyat edir".

Analitik qeyd edib ki, xüsusilə Suriya başda olmaqla Türkiyənin bölgədə hava, dəniz və quru bazaları yaratması İsraili məhdudlaşdıracaq və onun əməliyyatlarını, soyqırımlarını əngəlləyəcək addımlar olacaq:

"Məhz buna görə də İsrail bundan ciddi narahatlıq keçirir. Elə bu gün Benyamin Netanyahu ilə Tramp arasında Oval kabinetdə görüş keçiriləcək.

Bu görüşdə Netanyahu mütləq bu məsələni qaldıracaq və Türkiyəni şikayət edəcək. Lakin Tramp Netanyahu gəlməmişdən əvvəl Miçiqandakı toplantıda bir jurnalistin sualını cavablandırarkən belə dedi: "Biz Türkiyəni çox sevirik. Hörmətli cənab Prezident mənə böyük hörmət bəsləyir, mən də ona hörmət edirəm. Bizim kimə nə satacağımızı və nə qədər satacağımızı bizə heç kim deyə bilməz. Bunun qərarını özümüz veririk".

Beləliklə, Tramp əslində Netanyahu ilə görüşdən əvvəl ona mesaj vermiş oldu.

Bu baxımdan F-35-lərin verilib-verilməyəcəyinin əsas göstəricisi Trampın sionizmə və sionist qurumlara qarşı nə dərəcədə mövqe göstərə biləcəyindən asılıdır.

Çünki burada təkcə Netanyahu deyil, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Pentaqon və CENTCOM da xüsusilə sionist təsirin daha güclü olduğu qurumlardır. Bu qurumlar Trampa çox ciddi təzyiq göstərirlər.

Konqres üzvlərinin əhəmiyyətli hissəsi də AIPAC adlandırılan yəhudi lobbisinin əsas təşkilatının dəstəyi və maliyyə yardımı ilə bu vəzifələrə gəliblər. Bu şəxslər də İsrail naminə lobbiçilik etməkdən geri qalmırlar.

Buna qarşı digər güclü lobbi isə yunan və kiprli rum lobbisidir". 

Analitik bütün bu lobbilərin Amerikada olduqca güclü olduğunu deyib:

"Türkiyə son dövrlərdə "Mavi Vətən" doktrinasını ortaya qoydu. Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatlarının bölüşdürülməsi məsələsində mühüm irəliləyiş əldə etdi. Öz donanmasını və döyüş gəmilərini istehsal edib bölgəyə yerləşdirdi. Bütün bunlar. Yunanıstan aqressiv və ya birtərəfli, sabitliyi pozan addım kimi qiymətləndirdi və Amerikada da bu şəkildə təqdim olundu.

Xüsusilə Egey dənizində ərazi sularının 12 dəniz milinə çıxarılması qərarını Türkiyə qəti şəkildə rədd edir. Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərara əsasən, əgər Yunanıstan ərazi sularını 12 dəniz milinə çıxararsa, bu, müharibə səbəbi hesab olunacaq.

Digər tərəfdən, Lozanna Müqaviləsinə əsasən hərbsiz statusa malik adaların silahlandırılmasını da Türkiyə müharibə səbəbi kimi qiymətləndirir.

Məhz bütün bunlara görə İsrailin sionist lobbisi ilə yunan-rum lobbisinin birlikdə hərəkət etdiyini görürük.

Bundan əlavə, erməni və Hindistan lobbisinin də bu prosesə qoşulduğunu bilirik. Bor sözlə Amerika lobbilər ölkəsidir".

Politoloq sonda vurğulauıb ki, məhz bu lobbilərin təsiri fonunda Türkiyə ilə bağlı qiymətləndirmə aparılacaq:

"Bu baxımdan vəziyyətin ciddiliyi ortadadır.

Hər hansı bir həll yolu tapılacaq. Lakin F-35-lərin verilməsi məsələsi olduqca mürəkkəb məsələdir.

Rusiyanın razılığının alınması, S-400-lərin üçüncü bir ölkəyə verilməsi lazımdır. Yaxud Amerikanın müdafiə qanunvericiliyi yenidən yazılmalıdır.

Bütün bunlar Türkiyəyə olan ehtiyacla bağlıdır. Çünki bu gün Türkiyə NATO Zirvəsindən sonra artıq cinah ölkəsi olmaqdan çıxaraq mərkəz ölkə mövqeyinə yüksəlib. O, Avropanın təhlükəsizlik-müdafiə memarlığında ən mühüm ölkələrdən birinə çevrilib. Tramp F-35-lə bağlı qərar verərkən bunu da nəzərə alacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri