Icma.az
close
up
RU
“Üçüncü Dünya Müharibəsi artıq başlayıb” Hüsamettin İnaç

“Üçüncü Dünya Müharibəsi artıq başlayıb” Hüsamettin İnaç

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hörmüz bağlanarsa, dünya iqtisadiyyatı çöküş təhlükəsi ilə üzləşəcək"

Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər qlobal təhlükəsizlik, güc balansı və regional qarşıdurmalarla bağlı müzakirələri daha da intensivləşdirib. Böyük dövlətlər arasında artan rəqabət, Yaxın Şərqdə davam edən gərginlik dünya nizamının gələcəyi barədə müxtəlif yanaşmaların formalaşmasına səbəb olur.

Bu kontekstdə mümkün qlobal müharibə ssenariləri, İranın daxili siyasi perspektivləri və Hörmüz Boğazının təhlükəsizlik məsələləri kimi mövzular beynəlxalq gündəmin əsas müzakirə mövzularındandır. 

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-ın suallarını cavablayıb:

-Sizcə Üçüncü Dünya Müharibəsi başlayıb və ya başlayacaq?

-III Dünya Müharibəsi çoxdan başlayıb. Bunun əsas səbəblərindən biri təkqütblü dünya nizamının sona çatmasıdır.

1989-cu ildə Berlin Divarının dağılması, 1990-cı ildə Şərqi Avropada liberal xalq hərəkatlarının meydana çıxması və 1991-ci ildə Moskvada Kommunist Partiyasının parçalanması ilə Sovet İttifaqı siyasi və ideoloji baxımdan beynəlxalq səhnədən çəkildi. Bununla da ikiqütblü dünya və Soyuq Müharibə dövrü başa çatdı. Amerika Birləşmiş Ştatları dünyanın yeganə supergücü mövqeyinə yüksəldi.

Lakin 11 sentyabr 2001 hadisələrindən sonra ABŞ-nin İraq və Əfqanıstanı işğal etməsi ilə bu təkqütblü sistem də zəiflədi. 2001-ci ildən etibarən qlobal hegemoniyada müəyyən boşluq yarandı, ABŞ-nin iqtisadi və siyasi gücü tədricən azaldı. Bu baxımdan, bəzi müdaxilələr və təzyiq siyasətləri ABŞ-nin zəifləməsinin göstəricisi kimi qiymətləndirilir.

Gələcəkdə qlobal hegemon gücün zəifləməsi və dövlətlərarası balans mexanizmlərinin olmaması beynəlxalq münasibətlərdə daha çox qeyri-sabitliyə və qarşıdurmalara səbəb ola bilər. Buna görə də yeni dünya nizamının və güc mərkəzlərinin necə formalaşacağının müəyyənləşməsi vacibdir.

-İranda dini rejim aradan qaldırıla bilərmi?

-İranda dini rejimin dəyişdirilməsi olduqca çətin prosesdir. Çünki 1979-cu ildə qurulmuş sistem inancın siyasətə birbaşa təsiri əsasında formalaşıb və bu struktur zamanla möhkəmlənib. Dövlət institutları ilə yanaşı, İslam İnqilabı çərçivəsində yaradılmış paralel strukturlar- məsələn, İnqilab Keşikçiləri mühüm rol oynayır. Bu quruluş rejimin dəyişdirilməsini daha da çətinləşdirir.

-Tramp nə etmək istəyir? O, hətta Xameneinin yerinə keçə biləcək şəxslərin də adını açıqlayıb.

-Donald Tramp daha sərt və aqressiv siyasət yürüdərək İranda rejimi transformasiya və dəyişdirmə cəhdinə çalışır. Hazırkı mərhələdə o, İrandakı mövcud quruluşun daha liberal, Qərblə daha çox inteqrasiya olunmuş və beynəlxalq sistemin xüsusilə bir parçasına çevrilməsi üçün mühüm addımlar atmaq istəyir.

Burada xüsusilə Konstitusiya Şurasına seçilən üç namizəddən biri olan Ali Rıza əl-Arafinin şansının yüksək olduğu görünür.

Bundan başqa, siyasi müzakirələrdə bəzi digər adlar da hallanır. Bunlar dini lider olmasalar belə, bir qisminin prezident kimi vəzifə tuta biləcəyi deyilir. Məsələn, Məhəmməd Cavad Zərif və Həsən Ruhani kimi şəxslərin Qərbə açıq, müasir və demokratik baxışlara sahib olduqları və bu səbəbdən Trampın da onalrı dəstəkləyə biləcəyi deyilir.

Lakin bunları demək üçün hələ tezdir. Nəticə etibarilə burada İran cəmiyyətinin verəcəyi reaksiya da olduqca mühüm rol oynayacaqdır.

-Əsas mövzulardan biri də Hörmüz Boğazıdır. Boğaz bağlana bilərmi?

-Mütəxəssislərin fikrincə, Hörmüz Boğazının tamamilə bağlanması o qədər də mümkün görünmür. Çünki İranın xüsusilə hərbi-dəniz qüvvələri təxminən 30 km enində olan bu boğazı tam şəkildə bağlamaq gücündə deyil. Lakin İranın boğazı minalaması və giriş-çıxışları təhdid altında saxlamağa çalışması mümkündür.

Əgər boğaz tam şəkildə bağlansa, bu, dünyadakı neft və təbii qaz axınını ciddi şəkildə əngəlləyəcək. Qlobal neft daşımalarının təxminən 30 faizi bu marşrutdan keçir. Onun dayanması neft qiymətlərinin kəskin artmasına səbəb olacaq. Bu isə müharibənin şiddətini daha da artıracaq.

Çünki neft və qaz axınının dayanması, başda ABŞ olmaqla dünya siyasətində təsir gücünə malik böyük dövlətlərin maraqlarına uyğun deyil. Bu onların nəzarət imkanlarını zəiflədən amil kimi ortaya çıxa bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Mart 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri