Icma.az
close
up
RU
“Rusiya üçün arzuolunan senari”: Trampın sülh planı NATO ya ağır zərbə vura bilər WSJ

“Rusiya üçün arzuolunan senari”: Trampın sülh planı NATO ya ağır zərbə vura bilər WSJ

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Tramp administrasiyası Ukraynadakı müharibənin sülh yolu ilə həlli üzərində fəal şəkildə işləyir, lakin Avropadakı müttəfiqlər ABŞ-ın NATO-ya və transatlantik təhlükəsizliyə sədaqətindən getdikcə daha çox şübhələnməyə başlayırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.

Ağ Evin xüsusi emissarı Stiv Uitkoff Kreml ilə növbəti danışıqlar raundunda iştirak etmək üçün Moskvaya yollanıb. Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio NATO-nun xarici işlər nazirlərinin yarımillik toplantısını ötürür – keçmiş Alyans sözçüsünün qeyd etdiyinə görə, belə hal sonuncu dəfə 1999-cu ildə baş verib.

"Onun toplantıda olmaması ciddi şəkildə hiss olunacaq, çünki bu görüş Ukrayna üzrə sülh danışıqlarının ən qızğın vaxtına düşür və bir çox Avropa liderlərini Vaşinqtonun prioritetlərinin hələ də Avropanın prioritetləri ilə üst-üstə düşüb-düşmədiyi barədə şübhəyə salıb”, – deyə nəşr vurğulayır.

Hazırlanan 28 bəndlik sülh planı Ukraynanın güzəştlərini nəzərdə tutur: geri çəkilmə, hərbi qüvvələrin azaldılması və Rusiyanın növbəti təcavüzü halında ABŞ və ya NATO-dan təminatlı müdafiənin olmaması. Plana görə, ABŞ daha çox Rusiya ilə NATO arasında vasitəçi rolunda çıxış etməlidir.

"Məsələ qurbanı cəzalandırıb təcavüzkarı mükafatlandıran Versal müqaviləsindən fərlidir”, – Münhen Bundesver Universitetinin beynəlxalq siyasət üzrə professoru Karlo Masala bildirir.

Polşanın baş naziri Donald Tusk layihə sülh planını "qəbuledilməz” adlandırıb. Finlandiyanın keçmiş xarici işlər naziri Pekkə Haavisto isə deyib:

"Heyf ki, NATO tərəfdaşları sülh planlarının detallarını KİV-dən öyrənməli oldular. Bu, NATO-nun siyasi strukturunun düzgün işləmədiyini göstərir”.

Fransa prezidenti Emmanuel Makron Ukrayna üçün təhlükəsizlik təminatlarının vacibliyini vurğulayaraq bildirib:

"Əgər Avropa olmasaydı, Putin və Tramp çoxdan razılığa gəlmişdilər”.

Londonun müdafiə və hərbi məsələlər üzrə ixtisaslaşmış analitik mərkəzi – Birləşmiş Xidmətlər Kral İnstitutunun Rusiya üzrə eksperti Emi¬li Ferrisin sözlərinə görə, amerikalılar və avropalılar sülh prosesinə fərqli yanaşırlar.

"Avropa görür ki, Rusiya yenidən silahlanır və növbəti müharibədən narahatdır, – deyə o bildirib. - Amerikalılar isə daha qısamüddətli düşünür: gəlin prosesi tez bitirək, Ukraynanı ayaqda saxlayaq və daha bir-iki il davam edəcək "soyuq sülh” yaradaq”.

Analitiklər xəbərdarlıq edirlər ki, ABŞ-ın sülh planı Alyansın parçalanması riskini yaradır. ABŞ ordusunun təqaüdçü leytenant-generalı Ben Hocces deyir:

"Bu, Rusiya üçün arzuolunan senaridir. SSRİ dövründən bəri onun məqsədi ABŞ ilə Avropa arasında parçalanma yaratmaq olub. Məncə, Trampın Avropanı görməzdən gəlməsinin səbəbi onun Avropanı əhəmiyyətsiz hesab etməsidir”.

WSJ yazır ki, Putin NATO-ya açıq hərbi toqquşmada qalib gələ bilməyəcəyini yaxşı anlayır, xüsusən də Ukrayna müharibəsinin Rusiya ordusu üçün nə qədər uğursuz başa çatdığını nəzərə alsaq. Onun yeganə ümidi NATO-nu siyasi yolla – onun birliyini sarsıtmaqla – məğlub etməkdir və o, bunu daim etməyə çalışır.

Britaniya ordusunun keçmiş zabiti Ed Arnold əlavə edir:

"Rusiya siyasi baxımdan qələbə həddindədir. Bu, transatlantik tərəfdaşlıqda böyük fikir ayrılığı yaradacaq”.

Nəşrin nəticəsinə görə:

"ABŞ-ın son sülh planı faktiki olaraq Rusiyanın işğalına amnistiya verərək NATO-nun parçalanmasına mühüm dərəcədə töhfə verər, Rusiyanın yenidən G-8 zəngin ölkələr klubuna qayıtmasına və Arktika kimi regionlarda ABŞ-la birgə iqtisadi layihələri reallaşdırmasına şərait yaradardı”.

UNIAN-ın yazdığına görə, Donald Tramp administrasiyası Rusiya və Ukrayna arasında sülh danışıqlarında irəliləyiş əldə etmək üçün daha bir cəhd göstərir və yenidən qeyri-ənənəvi "diplomatlara” güvənir.

Artıq çərşənbə axşamı Moskvaya Trampın uzunmüddətli biznes tərəfdaşı Stiv Uitkoff və kürəkəni Cared Kuşner yollanacaq. Onların heç biri rəsmi vəzifə daşımır və Senat tərəfindən təsdiqlənməyib, lakin prezident onların əsas vasitəçilər olduğunu düşünür.

Danışıqlarla bağlı xəbərlər fonunda Ağ Ev bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynada sülh sazişi ilə bağlı "çox optimist”dir.


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri