Icma.az
close
up
RU
Rusiya üçün geri sayım: 50 gündən sonra atəşkəs olmasa, Moskva hansı təzyiqlərlə üzləşəcək?

Rusiya üçün geri sayım: 50 gündən sonra atəşkəs olmasa, Moskva hansı təzyiqlərlə üzləşəcək?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı danışıqların üçüncü raundu da yekunlaşdı. Danışıqların əvvəlki mərhələlərində humanitar məsələlərlə bağlı əldə olunan bütün razılaşmalar da yerinə yetirildi. Əslində, yeni razılaşmaların yenə də humanitar məsələlərlə bağlı olduğunu desək, yanılmarıq. Çünki nə atəşkəs əldə olundu, nə də sülhə gedən yolda irəliləyiş. Üstəlik, danışıqlar bitər-bitməz tərəflər yenə də bir-birini atəşə tutmağa başladılar. Bu da qarşıdurmanın müsbət həll ilə yekunlaşacağını yenə də sual altına saxlayır.

Mövzu ilə bağlı Oxu.Az-a müsahibəsində "Atlas" Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü müharibəni dayandıracaq nəticəyə hədəflənməmişdi:

- ABŞ Prezidenti Donald Tramp atəşkəsə nail olmaq üçün Rusiyaya 50 gün vaxt verib. Rusiya və Ukrayna 50-ci gündən sonrakı mərhələyə hazırlaşırlar. Kreml 50 gün ərzində Ukraynanın mümkün qədər çox ərazisini işğal etməyə, Ukrayna ordusu isə Rusiya tərəfinin itkilərini artırmağa çalışır. Rusiya ordusunun 50 gün ərzində Ukraynanın dörd bölgəsinin inzibati sərhədlərinə çıxacağı çətindir. Ona görə də Trampın Rusiyaya qarşı vəd etdiyi sanksiyaların işə düşəcəyi proqnozlaşdırılır. ABŞ Konqresi isə Rusiyadan neft alan ölkələrə qarşı sanksiya qətnaməsini müzakirəyə çıxarıb.

Yeri gəlmişkən, bir qrup Avropa ölkəsi Ukrayna ordusunun işğalçıya qarşı müqavimətini gücləndirmək üçün Kiyevə göndərdikləri hərbi texnikanın sayını da artırıb. Müharibənin davam etməsinə baxmayaraq, tərəflərin İstanbul təmaslarının əhəmiyyəti itməyib. Onlar ən azı müəyyən humanitar məsələləri həll etməyə müvəffəq olurlar.

İstanbul görüşləri Türkiyənin də vasitəçi rolunu artırıb. Bir neçə gündən sonra Avropa və İran təmsilçiləri İstanbulda İranın nüvə məsələsini müzakirə edəcəklər. Rusiya və Ukrayna nə zamansa atəşkəsə və ya ən yaxşı halda sülh sazişi imzalamağa hazır olacaqlarsa, böyük ehtimalla sənədin imzalanacağı məkan İstanbul olacaq. Ancaq bunun üçün hələ zaman yetişməyib.

- Amma Rusiya işğaldan imtina etmək istəmir, Ukrayna da işğalla barışmayacaq...

- Elə bu da prosesləri uzadır. Belə bir şəraitdə, əlbəttə ki, nə atəşkəs razılaşması olacaq, nə də sülh. Rusiya da ona görə atəşkəsə razılaşmır ki, uzunmüddətli atəşkəs olarsa, istədiyi əraziləri artıq işğal edə bilməyəcək, həmçinin Ukrayna bundan istifadə edərək həm mövqelərini gücləndirə bilər, həm də təmas xəttinə daha artıq hərbi texnika yeridə bilər. Ona görə bu cür görüşlərdə hələ nəticə gözləməyə dəyməz. Çünki tərəflər nə atəşkəsə, nə də sülh sazişinə hazırdırlar.

- Hər iki tərəf atəşkəsə razı olduğunu bildirir, amma bir-birinə qəbul edilməyəcək şərtlər irəli sürür. Belə olan halda atəşkəs və sülh necə əldə edilə bilər?

- Ukrayna uzunmüddətli atəşkəs istəyir, Rusiya isə qısamüddətli. Belə atəşkəs olmur. Nəticədə hər iki tərəf bir-birinin potensialını zəiflətməyə çalışır. Vladimir Putin indi dayansa, Rusiya cəmiyyətinə izah edə bilməyəcək ki, müharibəni niyə başlatmışdı və minlərlə rusiyalı gənc niyə öldü? Ukrayna da iki-üç günlük atəşkəsə razılaşmır, çünki bu, müvəqqəti xarakter daşıyacaq və yenə də münaqişə davam edəcək. Düşünürəm ki, bu müharibə bir müddət də uzanacaq.

Düzdür, Rusiya iqtisadiyyatı ağır vəziyyətdədir, Ukraynanın da vəziyyəti qənaətbəxş deyil, hərçənd ki, Avropadan, ABŞ-dən maliyyə yardımı, hərbi texnika alır. Rusiya üçün elə vəziyyət yaranıb ki, hazırda Şimali Koreyadan, İrandan dronlar alır, hərbçilər cəlb edir, ortaq zavod tikir və s. Yəni kimin potensialı müharibəni davam etdirməyə bəs edəcəksə, o da "uğur" qazana biləcək. Əks halda, indiki məqamda müharibənin dayanması ehtimalı çox aşağıdır.

- Bir az əvvəl də vurğuladınız ki, Tramp Rusiyaya 50 gün vaxt verib. Lakin ABŞ prezidenti hələ seçki dönəmində hakimiyyətə gələcəyi təqdirdə müharibəni dayandıracağını bildirmişdi. Bu müddət gah 24 saat oldu, gah 100 gün oldu, indi də 50 gün. Lakin bu müddətlərin heç birində uğur əldə etmək mümkün olmayıb. Sizcə, Ağ Ev rəhbəri istəyinə çatacaq, yaxud yenə də fiaskoya uğrayacaq?

- Tramp hər dəfə bir-birinə zidd fikirlər səsləndirir. Amma bu dəfə ciddi şəkildə deyib ki, 50 gündən sonra atəşkəs olmasa, Rusiyaya qarşı sərt sanksiyalar olacaq. Üstəlik, ABŞ Konqresindəki respublikaçılar hətta yalnız Rusiyaya deyil, Rusiyadan neft alacaq ölkələrə qarşı da sərt sanksiyalara hazırlaşırlar. Ona görə də Tramp 50 gündən sonra vədini yerinə yetirməsə, ciddiyyətini daha çox itirəcək. Bu səbəbdən mümkündür ki, bu müddət sonra Trampın başqa alternativi qalmasın və həm Rusiyaya qarşı sanksiyalara başlasın, həm də Ukraynaya hərbi yardımı artırsın. Üstəlik, Rusiya Ukrayna ilə müharibə apardığı halda qonşu ölkələrlə, o cümlədən Azərbaycanla da münasibətləri gərginləşib. Bu, Rusiyanı daha da ağır vəziyyətə sürükləyir.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyul 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri