Icma.az
close
up
RU
“Rusiya Ukrayna müharibəsi 2026 cı ildə də tam şiddəti ilə davam edəcək“ hərbi ekspert

“Rusiya Ukrayna müharibəsi 2026 cı ildə də tam şiddəti ilə davam edəcək“ hərbi ekspert

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya–Ukrayna müharibəsi beşinci ilinə daxil olduqca, artıq aydın görünür ki, bu qarşıdurma regional müharibə çərçivəsini çoxdan aşaraq beynəlxalq təhlükəsizlik sisteminin əsas böhranlarından birinə çevrilib. Döyüş meydanında davam edən gərginliklə paralel şəkildə diplomatik cəhdlər, qısamüddətli atəşkəslər və humanitar təşəbbüslər də gündəmdə qalır. Lakin tərəflər arasında formalaşmış dərin etimadsızlıq sülh perspektivlərini olduqca mürəkkəbləşdirir. Müharibənin uzanması həm hərbi texnologiyaların tətbiq miqyasını genişləndirir, həm də qarşıdurmanın coğrafi və siyasi təsir radiusunu böyüdür. 

Maraqlıdır,  ABŞ-ın vasitəçiliyi Rusiya–Ukrayna arasında elan olunan üçgünlük atəşkəs və genişmiqyaslı əsir mübadiləsi təşəbbüsü real sülh danışıqlarına keçid üçün psixoloji və diplomatik zəmin yarada bilərmi, yoxsa bu addım daha çox simvolik-humanitar xarakter daşıyır? Eyni zamanda, tərəflər arasında dərin etimadsızlıq fonunda belə qısamüddətli razılaşmaların davamlı sülhə çevrilməsi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı Moderator.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib. 

Polkovnik qeyd edib ki, düşünürəm ki, reallıqda bu cür təkliflər və elanlar kifayət qədər çox olub. Artıq beşinci ildir ki, tərəflər arasında amansız müharibə davam edir:

"Çox böyük insan itkiləri var, şəhərlər dağılıb, infrastruktur məhv olub. Amma təəssüflər olsun ki, qısa müddətli atəşkəslər və əsir mübadilələri tərəflər arasında hər hansı ciddi yaxınlaşmanı təmin etməyib. Əksinə, uçurum daha da dərinləşib və Rusiya–Ukrayna müharibəsində qarşıdurma günü-gündən daha təhlükəli mərhələyə keçib.

Müharibə artıq təkcə Ukrayna ərazisi ilə məhdudlaşmır. Qarşıdurma Rusiyanın paytaxtına qədər gedib çıxıb. Bu səbəbdən də tərəflər bir-birinə qarşı həm fiziki təzyiqləri, raket zərbələrini, dron hücumlarını, həm də psixoloji təzyiqləri dayandırmırlar.

Əsir mübadiləsi əvvəllər daha məhdud miqyasda həyata keçirilirdisə, son dövrlərdə bu proses geniş xarakter almağa başlayıb. Hər iki tərəfin çoxsaylı itkiləri, əsirləri və meyitləri var. Bunların hamısı humanitar proqramlar çərçivəsində dəyişdirilməlidir".

Hərbi ekspert əlavə edib ki, artıq insanlar ciddi narazılıq ifadə edirlər. Beşinci ildir ki, müharibədən əziyyət çəkən insanlar rahatlıq üzü görmür:

"Bu səbəbdən humanitar xarakterli təmaslar müharibənin necə davam etməsindən asılı olmayaraq bundan sonra da davam edəcək. Ancaq tərəflər arasında çox dərin etimadsızlıq mövcuddur.  Baxmayaraq ki, müəyyən razılaşmalar əldə olunmuşdu, Ukrayna ayın 5-dən 6-na keçən gecə saat 00:00-dan etibarən atəşkəs elan etmişdi.

Daha sonra Rusiya bu razılaşmanı pozdu. Sonradan isə Amerika vasitəsilə atəşkəsin ayın 8-dən qüvvəyə minəcəyi elan edildi və nəticədə tərəflər üç günlük atəşkəsə razılıq verdilər.

Hesab edirəm ki, yaxın illərdə Rusiya ilə Ukrayna arasında real sülh mümkün görünmür. Çünki sülh o deməkdir ki, Rusiya Ukraynaya vurduğu dağıntılara görə reparasiya ödəməlidir, işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Rusiya isə belə bir addımı yaxın zamanda atacaq kimi görünmür.

Moskva yalnız ciddi güc və ağır diplomatik təzyiqlərlə üzləşəcəyi təqdirdə buna məcbur ola bilər. Hazırkı mərhələdə isə bu ssenari real təsir bağışlamır. Rusiya–Ukrayna müharibəsinə gəldikdə isə, hesab edirəm ki, 2026-cı ildə və qarşıdakı aylarda tərəflər arasında daha şiddətli toqquşmalar baş verəcək. Moskva yenidən hədəfə çevrilə bilər. Çünki artıq Ukrayna tərəfi uzaqmənzilli dron və raket texnologiyalarını inkişaf etdirib.

 Bu raketlər arasında “Flamengo” tipli sistemlərin adı çəkilir. Ukrayna artıq 1600 kilometr məsafəni rahatlıqla vura biləcək imkanlara malik raketlər istehsal edir.

Digər tərəfdən, son parad da göstərdi ki, Rusiya son illərdə dünya ictimaiyyətinə təqdim edə biləcəyi yeni və ciddi silah sistemlərini ortaya qoya bilmir. Yəni hərbi texnologiya baxımından əvvəlki üstünlüyünü nümayiş etdirməkdə çətinlik yaşayır.

Ümumilikdə hesab edirəm ki, Rusiya–Ukrayna müharibəsi 2026-cı ildə də tam şiddəti ilə davam edəcək. Tərəflər sonda istənilən halda danışıqlar masasına əyləşəcəklər. Lakin bunun nə vaxt və hansı şərtlər daxilində baş verəcəyini indidən dəqiq söyləmək olduqca çətin və mürəkkəbdir".

Pərvin Şakirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 May 2026 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri