Rusiya Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsi və Qara dəniz hövzəsindəki gərginlik Azərbaycan və Gürcüstan üçün də ciddi çağırışlar yaradır.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Qara dəniz regionunda gərgin vəziyyət və yaxın coğrafiyada müşahidə olunan qeyri-müəyyənlik müzakirələr zamanı diqqət mərkəzində olub.
C.Bayramovun sözlərinə görə, bu münaqişələr və regionda baş verən narahatedici proseslər hər iki ölkə üçün ciddi çağırışlardır.
O vurğulayıb ki, Azərbaycan və Gürcüstan mövcud imkanları çərçivəsində münaqişələrin və müharibələrin mümkün qədər tez başa çatması, bunun üçün siyasi və diplomatik yolların tapılması istiqamətində səylər göstərilməsinin vacibliyini bölüşür.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 Noyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















