Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi: imkanlar və gözləntilər

Rusiya Ukrayna müharibəsi: imkanlar və gözləntilər

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ukrayna-Rusiya müharibəsi hər iki tərəf üçün özünün ən böhranlı və təhlükəli fazalarından birinə qədəm qoyub. Hərbi əməliyyatların ilk dövrlərində əsas toqquşmalar bilavasitə cəbhə xəttində baş verirdisə, hazırda vəziyyət köklü şəkildə dəyişib. Raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilən zərbələr Ukraynanın demək olar ki, bütün ərazisini əhatə edir. O cümlədən paytaxy Kiyev şəhəri də hər gecə dron və ballistik raket atəşlərinə tutulur. Ukraynanın Rusiyanın dərinliklərində yerləşən enerji və hərbi infrastruktur obyektlərinə yönəltdiyi dron və raket hücumları da müharibənin coğrafi miqyasını kifayət qədər genişləndirib.


Qarşıdurmanın mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, hər iki tərəf xaricdən dəstək alır. Rusiya Çindən, İrandan və Şimali Koreyadan dəstək aldığı halda Ukrayna əsasən NATO üzvü olan ölkələrdən və ABŞ-dən maliyyə dəstəyi alır və həmin maliyyə resurslarını büdcə çatışmazlığını qapatmaq üçün və büdcədə artırdığı hərbi xərcləri ödəmək üçün istifadə edir. Rusiya Avropanın Ukraynaya dəstək verməkdən çəkindirmək məqsədilə Avropa ərazisində müxtəlif xarakterli sabotaj aktları, kiberhücumlar və dron insidentləri həyata keçirir. Bu kimi hibrid təhdidlər Avropanın Rusiyaya qarşı ortaq mövqeyinin parçalamağa hesablanıb.

​ Avropa üçün isə məsələ artıq “Ukraynaya yardım etmək və ya etməmək”dən ibarət deyil. Avropa anlayır ki, Rusiyanın Ukraynanı işğal etmək cəhdi birbaşa qitənin onilliklər boyu sabitlşdirilmiş təhlükəsizlik arxitekturasını sarsıdır və Avropa İttifaqının özünün mövcudluğuna ciddi risklər yaradır. Ona görə də Aİ Ukraynaya maliyyə, iqtisadi, hərbi və humanitar dəstəyi fasiləsiz olaraq davam etdirir. Bu dəstəyin arxasında yalnız Ukraynanın ərazi bütövlüyünün müdafiəsi deyil, həm də Avropanın öz strateji təhlükəsizliyinin təmin edilməsi dayanır.

​Münaqişə başlayan zaman nə Ukrayna, nə Rusiya, nə də Avropa qarşıdurmanın illərlə davam edəcəyini proqnozlaşdıra bilərdi. Gözlənilənlərin əksinə olaraq Rusiyanın bir neçə gün ərzində Kiyevi ələ keçirmək və Ukraynada Belarusa bənzər özünə loyal hakimiyyət formalaşdırmaq məqsədi müharibənin ilk günlərindəcə iflasa uğradı. Müharibənin uzanması isə saysız-hesabsız insan itkiləri və limitsiz hərbi xərclərlə müşaiyət olunur. Müharibəni davam etdirmık üçün tələb olunan siyasi, iqtisadi, hərbi və maliyyə resursları isə sonsuz deyil. Artıq beş ilə yaxın davam edən müharibə Rusiyanın resurslarını xeyli tükəndirib. Bir zamanlar dünyanın “2-ci ən böyük ordusu” imicinə malik olan Rusiya ordusu bu gün küçədən toplanmış, hədə və şantaj yolu ilə müqaviləyə imza atmış qeyri-peşəkar “könüllü”lərdən ibarət dəstələrə çevrilməkdədir. Rusiya ərazisində yerləşən neft-qaz, elektrik, su-kanalizasiya ifrastrukturunun, eləcə də körpülərin, dəmir yollarının və iri həcmli logistika mərkəzlərinin davamlı olaraq sıradan çıxarılması Rusiyanın müharibəni davam etdirmək imkanlarını nəzərəçarpan dərəcədə məhdudlaşdırır.son günlərdə Rusiyada kütləvi səfərbərlik planlarından danışılır. Rusiya rəhbərliyi bunu inkar etsə də rəsmən elan olunmamış səfərbərliyin gizli şəkildə həyata keçirildiyi də məlum faktdır. Lakin bütün bunlar Rusiyanın Ukrayna üzərində tam qələbə qazanması üşün kifayət deyil. Kütləvi səfərbərlik həyata keçirməyin də öz riskləri var. Birincisi, yüz minlərlə vətəndaşın bir anda səfərbər edilməsi ilk növbədə onların təminat məsələsini ortaya çıxarır. Onların yerləşdirilməsi, paltar və qida ilə təmin edilməsi və hərbi təlimlərin keçilməsi, logistikası və s. çox böyük fiziki və maddi resurslar tələb edir. Məhdud sayda xarici muzdluların cəlb edilməsi də vəziyyəti öz xeyrinə dəyişmək üçün kifayət deyil. Bütün bunların həyata keçirilməsi həm də hərbi büdcənin dəfələrlə qaldırılmasını tələb edir. ABŞ və Aİ tərəfindən Rusiya üzərinə qoyulan sanksiyalar isə Rusiya iqtisadiyyatına və nəticə etibarilə maliyyə resurslarına gündən günə daha çox təsir göstərir ki, bu da milyonlarla insanın gündəlik həyatına təsir edən iqtisadi - sosial nəticələr doğurur. Müharibəni açıq tənqid etmək ciddi hüquqi risklərlə müşayiət olunduğundan, ictimai narazılığın nə vaxt siyasi reaksiyaya çevriləcəyini proqnozlaşdırmaq çətindir. Lakin Rusiya hakimiyyəti belə bir ssenarinin mümkünlüyünü də istisna edə bilməz. Rusiyanın indiki vəziyyətində səfərbərlik elan etmək cəmiyyət tərəfindən ciddi etirazla qarşılana bilər, ictimai-siyasi sabitlik pozula bilər və hadisələr mövcud hökümətin iflasına və hətta hakimiyyətin itirilməsinə qədər inkişaf edə bilər. Hakimiyyətin itirilməsinin isə Putin Rusiyası üçün misli görünməmiş fəsadlara gətirib çıxaracağı şübhəsizdir.

Rusiya- Ukrayna müharibəsinin taleyini yalnız cəbhədəki hərbi vəziyyət həll etməyəcək. Rusiya üçün insan resursları, hərbi sənayenin dayanıqlılığı, maliyyə imkanları və daxili ictimai-siyasi sabitlik bir-biri ilə sıx bağlı olan amillərdir. Ukrayna üçün isə əsas məsələ xarici dəstəyin və bunun nəticəsində müdafiə imkanlarının davamlılığıdır. Avropa üçün isə Rusiya - Ukrayna müharibəsi artıq Avropanın özünün təhlükəsizlik sistemi ilə bağlı strateji məsələyə çevrilib. Beləliklə, müharibə uzandıqca cəbhədəki güc balansı ilə yanaşı, iqtisadi və sosial dayanıqlılıq da qarşıdurmanın əsas amillərinə çevrilir.


Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri