Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsində Ərdoğan faktoru

Rusiya Ukrayna müharibəsində Ərdoğan faktoru

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Tramp müharibəni Ərdoğanla bitirmək istəyir?

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna münaqişəsinin həlli istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Tramp bu fikirlərini Ərdoğanla telefon danışığından sonra "Truth Social" platformasında paylaşıb. “Mən Rusiya və Ukrayna arasındakı gülünc, lakin ölümcül müharibəni indi bitirmək üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm” - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti daha əvvəl də Ukrayna münaqişəsini hakimiyyətə gələr-gəlməz tez bir zamanda bitirəcəyini iddia etmişdi. Onun bu çıxışı, müharibənin diplomatik yolla həllinə dair yeni təşəbbüslərin siqnalı kimi qiymətləndirilir.

“Xalq Cəbhəsi” Trampın Ərdoğanı prosesə qoymasının pərdəarxası məqamlarının nədən ibarət olduğu haqqında politoloqların fikirlərini öyrənib.

“Tramp nəticəyə daha çox susuzluq duyur”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə ortaq nöqtələr axtarmaq üstündə baş sındırır: “Bu işdə ona dəstək dövlətlərdən daha çox siyasi fiqurlar lazımdır. Avropa liderlərinin mövqeyi də, yumşaq “səriştələri” də yaxşı məlumdur. Bu baxımdan daha konkret aktorlar üzərində dayanır. Tramp həm də biznes dairəsinin nümayəndəsi olduğundan düşüncə etibarilə praktik insan kimi “qazanca” yəni, nəticəyə daha çox susuzluq duyur. Zaman Trampın bu dönəm prezidentlik dövrü üçün əksinə işləməyə başladığından qarşıda maneə kimi dayanan müharibəni həll etmək üçün Rəcəb Tayyib Ərdoğanı onun həllinə cəlb etmək istəyir. Çünki gələcəyə baxmağın zamanı çoxdan keçir”.

“Ərdoğana ciddi ehtiyac var”

Politoloq bildirib ki, diplomatik münasibətlərin “əla” deyə xarakterizə olunması hər an işlədilməyən söz olduğu qədər, ABŞ, adətən, bu qədər müsbət notları maksimum leksikonundan uzaq tutmağa üstünlük verir: “Görünür, Ərdoğana ciddi ehtiyac var. Maraqlısı odur ki, okeanın bu tayından cənab Prezident İlham Əliyev hadisələri çox dəqiq görür, analiz və ifadə edir. Dövlət başçımız bildirmişdi ki, qayıqda çox azsaylı lider qalıb. Görünür, Tramp bu qıtlıqda sözü ilə əməli bir olan kəsə ehtiyac duyur. Məsələ həm də ondan ibarətdir ki, münasibətlərin və hadisələrin ən qopuq zamanında belə Türkiyə NATO üzvü olaraq Rusiyanın Ukraynaya təcavüzündən sonra hər iki Qara dəniz qonşusu ilə yaxşı münasibətlər saxlamağa çalışdı, iki dəfə isə müharibəyə son qoymaq üçün danışıqlara ev sahibliyi etdi. Üstəlik 2022-ci ildə taxıl müqaviləsinin bağlanması təcrübəsi də var”.

“Bəyanat boş jestə oxşayır”

Onun sözlərinə görə, Tramp Ərdoğanı vasitəçi adlandırırsa, bu işdə Türkiyənin də maraqları nəzərə alınmalıdır: “O əgər biznes təfəkkürü ilə düşünürsə, Türkiyəyə vasitəçilik səylərini kompensasiya edəcək nəsə təklif etməlidir. Nəzərə alsaq ki, Ankaranın fokusu Yaxın Şərqə yönəlib, deməli, Suriya məsələsində dəstək və ya Qəzza zolağında müharibənin dayandırılması kimi Türkiyəyə xüsusi stimullar verilməlidir. Əks təqdirdə Türkiyə çətin ki, bütün resurslarını, potensialını Ukrayna-Rusiya yolunda səfərbər etsin. Türkiyə vasitəçilik edə bilər, lakin Trampın bəyanatı yenə də qeyri-dəqiq və mücərrəd görünür. Deməli, bəyanat Türkiyənin real prioritetlərini nəzərə almadığından boş jestə oxşayır. Ukrayna məsələsi ilə bağlı fəallıq nümayiş etdirmək cəhdi göstərməkdənsə, aydın razılaşmalar və mexanizmlər olmalıdır. Ancaq bu halda sülhə doğru real addım ola bilər”.

“Tramp bunun çətin proses olduğunu anladı”

Politoloq Şakir Ağayev Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bir sıra məsələlərlə bərabər Ukrayna münaqişəsinin həlli məsələsinin də müzakirə olunduğunu deyərək əlavə edib ki, Tramp bunu əvvəl elan edəndə Ukrayna məsələsinin nə qədər ciddi olduğunu hələ bəlkə də bilmirdi, anlamırdı: “Tramp prezident olandan və işin içinə girəndən sonra bunun nə qədər ciddi və çətin proses olduğunu anladı. Bunu anladıqdan sonra prosesi başa çatdırmaq üçün təsiri, imkanı olan dövlətlərdən bəlkə də birincisi olaraq Türkiyəyə müraciət edərək Ərdoğanla məsələni müzakirə edib”.

“Türkiyənin daha çox təcrübəsi var”

Ş.Ağayevin bildirdiyinə görə, Tramp dəfələrlə eşidib və bütün dünyaya da bəllidir ki, problemin həllinin real əsasları 2022-ci ildə İstanbulda yaradılmışdı: “Birinci və sonuncu həllolma prosesi Britaniyanın sabiq Baş naziri Boris Consonun, Qərbin və o vaxtkı ABŞ Prezidenti Bayden administrasiyasının da birbaşa tapşırığı ilə Ukrayna tərəfindən pozulmuşdu. Onu qeyd edim ki, birincisi, Türkiyə prosesləri dərindən bilir və daha çox təcrübəsi var. Bu, çox mühüm məsələdir. İkincisi, Türkiyə bir vasitəçi kimi uğur qazanmağa çox yaxın idi. Lakin Ukrayna səbəb oldu və bu baş tutmadı. Üçüncüsü, ABŞ-nin həm Rusiya ilə yaxın münasibətləri var, həm də Ukrayna ilə əməkdaşlığı var və hər iki dövlətlə müzakirələr aparmaq imkanına malikdir, həmçinin məsələlərə qərəzsiz yanaşır, hər iki tərəfin maraqlarını nəzərə almağa çalışır, həm də regionun dövlətidir. Ona görə də Tramp Türkiyə ilə bu məsələni müzakirə edir ki, həllini tapsın”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 May 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see279

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see270

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see262

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see259

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see249

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see249

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see244

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see237

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see236

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see228

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see228

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see224

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see210

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see208

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see201

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see197

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see196

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see190

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see184

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri