Icma.az
close
up
RU
Rusiya Ukrayna savaşını Ərdoğan bitirəcək? ŞƏRH

Rusiya Ukrayna savaşını Ərdoğan bitirəcək? ŞƏRH

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər etdi. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdü. Görüşdə Ukrayna müharibəsi, regional və ikitərəfli məsələlər müzakirə edildi.

Görüşdən sonra Ərdoğan açıqlamasında, "Həm Rusiya, həm də Ukrayna müzakirələrə dəvət edilməlidir. Bununla bağlı mövqeyimizi Ukrayna Prezidenti Vladimir Zelesnkiyə, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrova çatdırdıq"-deyə, bildirdi.

Bəs bu görüşdən sonra Rusiya-Ukrayna müharibəsi istiqamətində hansı irəliləyişlər olacaq? Türkiyə tərəfləri sülhə apara biləcəkmi? Bu suallarımızı politoloq Əhəd Məmmədliyə ünvanladıq. Ekspert Turkustan.az-a açıqlamasında bildirdi ki, Lavrov-Ərdoğan görüşündən sonra Rusiya-Ukrayna münasibətlərində bir dəyişiklik olacağını düşünmür.

Artıq necə deyərlər, o, qatar çoxdan gedib. Vaxtında 2022 -ci ildə İstanbul razılaşmasında əvvəlcə Rusiya və Ukrayna tərəfi razılaşdı, hər iki tərəfin xarici işlər nazirliyi səviyyəsində görüşü də keçirildi. Amma Ukrayna London və Vaşinqtondan gələn zənglərdən sonra bu razılaşmadan imtina etdi. İndi də ona görə Ərdoğanın bu məsələdə hansısa addımlar ata biləcəyi real görünmür. Amma təbii ki, Türkiyə burada Ukraynanın marağını təmsil edəcək, eləcə də Türkiyəni narahat edən məsələlər müzakirə olunacaq. Ərdoğan bu barədə mesajlar ötürüb. Türkiyə üçün bu önəmli məsələdir. Rusiyanın qarşısına da bu məsələlər qoyulacaq. Amma bütün bunların Ukraynaya bir xeyri olacağını düşünmürəm. Çünki faktiki olaraq Ukrayna uduzmuş tərəfdir, xeyli ərazi itirib və itirməkdə də davam edir. Ukraynanın o gücü yoxdur ki, öz ərazilərini tam şəkildə azad edə bilsin. Ya da gərək Rusiyada dövlət çevrilişi və ya Putinə sui-qəsd baş verməlidir ki, hakimiyyətə qərbyönümlü insanlar gəlsin və Rusiya öz ordusunu Ukraynadan geri çəksin. Bu da hazırkı vəziyyət üçün real görünmür.

O ki, qaldı Zelenskinin istefasına gedişat onu göstərir ki, Zelenski ya seçkilər keçirməlidir, ya da gərək ölkədə "Narıncı İnqilab" baş versin. Seçkilər də keçirsə, çox güman səs toplaya bilməyəcək. Və yaxud Zelenski xalqa müraciət edərək deyə bilər ki, "Amerika dəstəyini Ukraynanın arxasından alıb, Rusiyaya tərəfə ötürür və məni istefa verməyə məcbur edir". Bu cür istefa ilə o, Putinlə razılaşa bilər. Yəni, müxtəlif versiyalar var, amma hazırda reallıq odur ki, Ukrayna heç də yaxşı durumda deyil.

Əslində biz bu proqnozu 3 il əvvəl, müharibə başlayanda vermişdik ki, qərb sona qədər Ukraynanın arxasında durmayacaq. Nə NATO, nə AB nə də bir başqası sona qədər dəstək olmayacaq. Lakin həmin zamanda bizim bu proqnozlarımıza heç kim inanmadı. İndi isə vəziyyət tam da biz deyənə gəlib çıxıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Fevral 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri